Məhkəmə qərarları › İş №2(033)-8/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-8/2023

11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-8/2023 11.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala rayon Mosul Bələdiyyəsinə, Cavabdeh2 və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu Mosul Bələdiyyəsinin sədri Cavabdeh2 müştərək qaydada 2 hektar qarğıdalı sahəsinin əkilməsinə görə 3000 manat, 1 hektar otlaq sahəsindən əldə olunacaq gəlir 1000 manat olmaqla, cəmi 4000 manat maddi, 2000 manat mənəvi zərərin və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə baxışı iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə baxış iclasının 11 yanvar 2023-cü il tarixə saat 16:00-a təyin edilməsi haqqında tərəflərin məlumatlandırılmasına baxmayaraq, tərəflər qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.5, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala rayon Mosul Bələdiyyəsinə, Cavabdeh2 və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etdikdə, məhkəmə öz qərardadını ləğv edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar