Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-85/2022 17.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı qızının və Cavabdeh1 iştirakları ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ümumi birgə paylı mülkiyyətlərində olan 0,1983 ha həyətyanı torpaq sahəsindən 1/4 hissə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlərlə ümumi birgə paylı mülkiyyətlərində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 239.40 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Ümumi birgə paylı mülkiyyətlərində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha həyətyanı torpaq sahəsindən ona və digər cavabdehlərə düşən pay 1/4 hissədən ibarətdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixdə Çıxarış almışlar. Hal-hazırda o mülkiyyətindən sərbəst istifadə edə bilmir. Odur ki, o, həyətyanı torpaq sahəsindən payının naturada ayrılmasını istəyir. Ona görə də məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Zaqatala rayonu Aşağı Tala kəndində iddiaçı və cavabdehlərin paylı mülkiyyətində 0,1983 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları bərabər həcmdə müəyyən edilmişdir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və qeyd edilən ev onun tam mülkiyyətindədir. O, torpaq sahəsinin naturada ayrılmasına etiraz edir. Çünki həmin torpaq sahəsi naturada ayrılsa gediş-gəliş üçün yol olmayacaqdır. Ekspert rəyi ilə tanış olmuşdur, lakin həmin ekspert rəyi ilə də razı deyil. Əlavə ekspertiza təyin olunmasını xahiş edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 Həmzət qızı ilə oxşar məzmunda izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 1/4 hissəsi X6, 1/4 hissəsi X4, 1/4 hissəsi Cavabdeh3 və 1/4 hissəsi Cavabdeh2 məxsusdur, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 239,40 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyata alınmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qediyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X8 (1/4 hissəsi), Cavabdeh2 (1/4 hissəsi), X7 (1/4 hissəsi) və Cavabdeh3 (1/4 hissəsi) məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.2065 hektardır və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qediyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X8 (1/4 hissəsi), Cavabdeh2 (1/4 hissəsi), X7 (1/4 hissəsi) və Cavabdeh3 (1/4 hissəsi) məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsindən İddiaçı qızına məxsus 1/4 hissəsinin naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 10/3568 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki LTİ-nin mütəxəssisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X8 (1/4 hissəsi) Cavabdeh2 (1/4 hissəsi), X7 (1/4 hissəsi) və Cavabdeh3 (1/4 hissəsi) məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.2065 hektardır və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X8 (1/4 hissəsi) Cavabdeh2 (1/4 hissəsi), X7 (1/4 hissəsi) və Cavabdeh3 (1/4 hissəsi) məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsindən İddiaçı qızına məxsus 1/4 hissəsinin naturada ayrılması mümkündür. İddiaçının payına düşən 495.75 kv.metr torpaq sahəsinin həyətyanı sahədən, fərdi yaşayış evi nəzərə alınmadan belə bölgüsü mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 10/3568 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçının payına düşən 495.75 kv.m torpaq sahəsinin həyətyanı sahədən, fərdi yaşayış evi nəzərə alınmadan belə bölgüsü mümkündür. İddiaçının Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində olan 1/4 payı naturada ayrılaraq, ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X8, X7, Cavabdeh3 və Cavabdeh2 adına və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 239,40 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyəti kimi adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı qızı paylı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/4 hissə payının naturada ayrılmasını tələb edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 10/3568 nömrəli rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki LTİ-nin mütəxəssisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X8 (1/4 hissəsi) Cavabdeh2 (1/4 hissəsi), X7 (1/4 hissəsi) və Cavabdeh3 (1/4 hissəsi) məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.2065 hektardır və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X8 (1/4 hissəsi) Cavabdeh2 (1/4 hissəsi), X7 (1/4 hissəsi) və Cavabdeh3 (1/4 hissəsi) məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsindən iddiaçı Canlmlı Tamilla həmzət qızına məxsus 1/4 hissəsinin naturada ayrılması mümkündür. İddiaçının payına düşən 495.75 kv.metr torpaq sahəsinin həyətyanı sahədən, fərdi yaşayış evi nəzərə alınmadan belə bölgüsü mümkündür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin mütəxəssisinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 10/3568 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçının payına düşən 495.75 kv.m torpaq sahəsinin həyətyanı sahədən, fərdi yaşayış evi nəzərə alınmadan belə bölgüsünün mümkün olduğu, iddiaçının Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində olan 1/4 payı naturada ayrılaraq, ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 3568 nömrəli rəyini və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə cavabdehin mübahisələndirilən naturada ayrılmalı olan torpaq sahəsində fərdi yaşayış evinin olması, gediş-gəliş yolunun olmaması və yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan fərdi yaşayış evi yoxdur, ona görə ki, ekspert və mütəxəssis rəyində də göstərilmişdir ki, iddiaçının payına düşən 495.75 kv.m torpaq sahəsinin həyətyanı sahədən, fərdi yaşayış evi nəzərə alınmadan belə bölgüsü mümkündür. Eyni zamanda torpaq sahəsi naturada ayrıldıqda mütəxəssis rəyində iddiaçıya ayrıca gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Bundan başqa, iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahələrinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan başqa torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, cavabdehin məhkəmə iclasında qeyd etdiyi etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,1983 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 10/3568 nömrəli ekspert rəyində və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,1983 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı qızına aid 1/4 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2022-ci il tarixli 10/3568 nömrəli rəyində göstərilən qaydada və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı qızı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-85/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-85/2022
17.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver