Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-855/2022 29.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-"xxxx" ASC) Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı “PAŞA Sığorta" ASC-nin xeyrinə 3527.00 (üç min beş yüz iyirmi yeddi) manat məbləğində ziyanın və ödənilmiş 55.27 manat dövlət rüsumunun, 0.40 bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə etdiyi xx.xx.2019-cu il tarixində AХ416ХХ dövlət qeydiyyat nişanlı Volkswagen Golf markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə edilən sığortalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** BF *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 4100 markalı və ** LP *** dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydııılaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktlarına əsasən nəqliyyat vasitələrinə ümumilikdə 3527 manat zərər dəymişdir. “PAŞA Sığorta" ASC-nin sığorta aktlarına əsasən 3527 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərin şəxsi hesablarına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkənlərə ödənilmiş 3527 manat məbləğində vəsait subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə əlavə edilmiş iddiaçının nümayəndəsi X2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi barədə məhkəmə bildirişi onun axırıncı yaşayış ünvanına göndərilmiş, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanda Cavabdeh yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları xx.xx.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 15:00-da Zaqatala rayonu F.Əmirov küçəsində “Volswagen Golf” markalı AX416XX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 400 manat həcmində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatdan görünür ki, VAZ21214 markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2807 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatdan görünür ki, Mercedes Benz 410 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 340 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatdan görünür ki, VAZ21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 380 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC-in xx.xx.2019-cu il tarixli Sığorta aktından görünür ki, xx.xx.2019-ci il tarixdə Zaqatala ş, F.Əmirov küçəsində Cavabdeh məxsus PPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Volswagen Golf” markalı AX416XX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində X4 məxsus Mercedes Benz 4100 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər və X4 ödəniləcək sığorta ödənişi 340 manat həcmində müəyyən edilmişdir. "xxxx" ASC-in xx.xx.2019-cu il tarixli Sığorta aktından görünür ki, xx.xx.2019-ci il tarixdə Zaqatala ş, F.Əmirov küçəsində Cavabdeh məxsus PPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Volswagen Golf” markalı AX416XX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində X5 məxsus VAZ21214 markalı ** LP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər və X5 ödəniləcək sığorta ödənişi 2807 manat həcmində müəyyən edilmişdir. "xxxx" ASC-in xx.xx.2019-cu il tarixli Sığorta aktından görünür ki, xx.xx.2019-ci il tarixdə Zaqatala ş, F.Əmirov küçəsində Cavabdeh məxsus PPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Volswagen Golf” markalı AX416XX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində X3 məxsus VAZ21074 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər və X3 ödəniləcək sığorta ödənişi 380 manat həcmində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 26 avqust 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin 15 təqvim günü ərzində subroqasiya qaydasında "xxxx" ASC-yə ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 13.1, 13.2 və 13.3-cü maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "xxxx" ASC tərəfindən PPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta edilmiş Volkswagen Golf markalı AX416XX dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X4 məxsus Mercedes Benz 4100 markalı ** BF *** dövlət qeydiyyat nişanlı, X5 məxsus VAZ21214 markalı ** LP *** dövlət nömrə nişanlı və X3 məxsus VAZ 21074 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillərə maddi zərər dəymişdir. xx.xx.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 15:00-da Zaqatala rayonu F.Əmirov küçəsində “Volswagen Golf” markalı AX416XX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat həcmində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində X4 məxsus Mercedes Benz 4100 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 340 manat həcmində, X5 məxsus VAZ21214 markalı ** LP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 2807 manat həcmində, X3 məxsus VAZ 21074 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 380 manat həcmində olması zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlarla müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli sığorta aktlarına əsasən zərərçəkmiş şəxslərə ödənmişdir. İşdən görünür ki, xx.xx.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Cavabdeh tərəfindən mübahisələndirilməmiş, eyni zamanda cavabdeh məhkəməyə gəlməyərək iddianın rədd olunmasına əsas ola biləcək hər hansı sənədi, sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3527 (340+2807+380) manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericiliyin şərh edilən normalarına və işdə olan sənədlərə əsaslanaraq, hesab edir ki, vurulan maddi zərərin əvəzi olan 3527 (üç min beş yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi xx.xx.2019-cu il tarixdə Volswagen Golf” markalı AX416XX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən” Cavabdeh subroqasiya hüququ əsasında iddiaçı "xxxx" ASC-in xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 55,27 (əlli beş manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3527 (üç min beş yüz iyirmi yeddi) manat zərər məbləği və 55,27 (əlli beş manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-855/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-855/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver