Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-92/2022 22.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahələrindən payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Danaçı kəndində yerləşən DƏDRX tərəfindən verilmiş **********49 reyestr nömrəli, 0.6124 ha həyətyanı və Zaqatala rayonu, Danaçı kəndində yerləşən DƏDRX tərəfindən verilmiş **********20 reyestr nömrəli, 0.4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payının naturada ayrılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən paylı mülkiyyət hüququ üzrə cavabdehlə ona məxsus olan 0.6124 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə **********49 reyestr nömrəli və 0.4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair isə xx.xx.2021-ci il tarixdə **********20 reyestr nömrəli çıxarış verilmişdir. Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.6124 ha həyətyanı torpaq sahələrinə 1/2 hissəsinə dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış ilə rəsmiləşdirilmişdir. Mülki iş üzrə Cavabdeh keçmiş həyat yoldaşı olmuşdur. Nikahı Zaqatala rayon Məhkəməsinin qərarına əsasən pozulmuşdur. Cavabdeh paylı mülkiyyət hüququ üzrə ona düşən torpaq sahələrinin naturada ayrılmasına maneələr həyata keçirir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və torpaq sahələrinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun bölünməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddianın predmeti olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,61 ha torpaq sahəsi Danaçı Bələdiyyəsinə məxsusdur, digər torpaq sahəsindən isə 0,41 ha iddiaçının payı ayrılmış və həmin pay ayrıldıqdan sonra onun payı 0,41 ha təşkil edir və qeyd edilən 0,41 ha torpaq sahəsi bölünməməlidir. Torpaq sahələrinin rəsmiləşdirilməsinə dair məhkəməyə təqdim edilmiş çıxarışlar qanunsuz verilmişdir. Ona görə ki, o, Ramazan Serovla arasında 0,401 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini satmışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissə Cavabdeh və 1/2 hissə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissə Cavabdeh və 1/2 hissə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərindəki tikili və köməkçi tikili bölündükdən sonra İddiaçı payını yerdə (naturada) müəyyən etmək olar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərindəki tikili və köməkçi tikili olduğuna görə İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərindəki tikili və köməkçi tikili bölündükdən sonra İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasına baxıla bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş planda göstərilmişdir. (PLAN 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissənin naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissənin naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3162 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərindəki tikili və köməkçi tikili bölündükdən sonra İddiaçı payının yerdə (naturada) müəyyən etməyin mümkün olacağı müəyyən olundu. "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində tikili və köməkçi tikili olduğuna görə, İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasının mümkün olmadığı müəyyən olundu. "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərindəki tikili və köməkçi tikili bölündükdən sonra İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasına baxılmasının mümkün olacağı müəyyən olundu. "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin və koordinatlarının mütəxəssis rəyinə əlavə edilmiş planda göstərildiyi müəyyən edildi. "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissənin naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə görə, naturada real bölgüsünün mümkün olmadığı müəyyən edildi."xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissənin naturada ayrılmasının mümkün olmadığı müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/4866 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.6124 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş plan-sxemdə ətraflı qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş plan-sxemdə ətraflı qeyd olunmuşdur. Qeyd:İlkin ekspert rəyinin nəticəsi ilə təkrar ekspertizanın rəyinin nəticəsi arasında fərq yaranmasına səbəb həmin rəyin tərtib edilməsində ƏMDX-nin mütəxəssis rəyinə istinad edilməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli 2(102)-3975/2020 nömrəli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(033)-914/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Hüseynoviçə və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(107)-362/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin olunub, Cavabdeh adına verilmiş 13 noyabr 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi, həmçinin Cavabdehlə Ramazan Serov arasında 0,401 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. Cavabdeh Hüseynoviçin kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(107)-362/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh mülkiyyəti kimi onların adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də İddiaçı və Cavabdeh mülkiyyəti kimi onların adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində və 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payının naturada ayrılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/4866 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.6124 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş plan-sxemdə ətraflı qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş plan-sxemdə ətraflı qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/4866 nömrəli rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə cavabdehin mübahisələndirilən Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Danaçı Bələdiyyəsinə məxsus olması və əvvəllər iddiaçıya məxsus 0,41 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması və çıxarışda qeyd edilən torpaq sahəsinin bölünməməli olduğu ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, torpaq sahələri iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahələrini də mübahisələndirə bilməz. Ona görə də, cavabdehin məhkəmə iclasında qeyd etdiyi etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Məhkəmə cavabdehin, iddiaçıya məxsus torpaq sahələrinə dair verilmiş çıxarışların qanunsuz verilməsi və torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən satması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş çıxarışlar qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(107)-362/2020 saylı qətnaməsi ilə Cavabdeh adına verilmiş 13 noyabr 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi, həmçinin Cavabdehlə Ramazan Serov arasında 0,401 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış 10 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Danaçı kəndində yerləşən iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətində olan 0,6124 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/4866 nömrəli ekspert rəyində göstərilmiş qaydada ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq cavabdehə məxsus paydan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,6124 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/4866 nömrəli rəyində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə Cavabdeh aid 1/2 paydan naturada ayrılsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,4010 ha kənd təsərrüfatıi təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 10/4866 nömrəli rəyində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə Cavabdeh aid 1/2 paydan naturada ayrılsın. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-92/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-92/2022
22.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver