Məhkəmə qərarları › İş №2(034)-280/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-280/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-280/2025 02.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat maddi, 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi yerləşən evi satmaq adı altında ondan 5000 manat pul almış və hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Bununla əlaqədar İlqar barəsində tədbir görülməsi və pulumun ondan alınaraq ona qaytarılması ilə əlaqədar olaraq Abşeron rayon Polis İdarəsinin Saray qəsəbəsində yerləşən Polis Bölməsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş, Polis Bölməsində həmin ərizəsi ilə bağlı araşdırılma aparılmış və tədqiqatçı Aslan Allahverdiyev tərəfindən 30 dekbr 2024-cü il tarixdə cinayət işinin başlanmasına dair qərar qəbul edilmişdir.Tədqiqatçı A.Allahverdiyev cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əsas Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsaslanmışdır. Belə ki, həmin maddənin tələbinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Tədqiqatçının qərarda belə nəticəyə gəlməsi tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və əgər daşınmaz əmlakla bağlıdırsa, mütləq qaydada beh müqaviləsi notariat qaydasında təsdiq olunmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış bütün əqdlər etibarsızdır. Bundan başqa, Cavabdeh verdiyi bütün izahatlarında ondan 5000 manat aldığını təsdiq etmişdir. Dəfələrıə tələb etməsinə baxmayaraq İlqar həmin pulu ona qaytarmaqdan imtina etmişdir. Həmin 5000 manat pulu o, ayn-ayrı şəxslərdən borc almış, həmin şəxslər dəfələrlə pullarını ondan tələb etmişlər. İlqarın qanunsuz hərəkətləri nəticəsində o, uzun müddətdir ki, əsəb sarsıntıları keçirmiş, diskkonfort şəraitində yaşayır, dəfələrlə keçirdiyi sitreslər nəticəsində ayrı-ayrı xəstəxanlarda müalicə olunmuş, xeyli pul vəsaiti xərcləmiş və hal-hazırda da həmin vəziyyəti davam etməkdədir. Hesab edir ki, İlqarın qanunsuz hərəkətləri nəticəsində ona 5000 manat mənəvi ziyan dəymişdir. Sonda iddiaçı məhkəədən Cavabdeh 5000 manat maddi, 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh 2000-ci ildən Zəngilan qeydiyyatından çıxmasını və hazırda Bakı şəhəri Qaradağ rayonunda qeydiyyatda olmasını bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı iddia ərizəsi üzrə mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Şəxsiyyət Vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Zəngilan rayonunda doğulsa da, yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Qurbanov küçəsi, ev 15, 44 saylı mənzildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4.Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.5.Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mülki iş adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar