Məhkəmə qərarları › İş №2(034)-281/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-281/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-281/2025 23.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pozulmuş hüquqların bərpa edilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pozulmuş hüquqların bərpa edilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 10000 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 11000 manat məbləğində pulun və onun tərəfindən məhkəməyə ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun Cavabdeh məcburi şəkildə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 2(034)-281/2025 nömrəli mülki iş üzrə onun tərəfindən verilmiş Cavabdeh qarşı “pozulmuş hüquqların bərpa edilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə” iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması və onun tərəfindən məhkəməyə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı və ödənilmiş dövlət rüsumu iddiaçının özünə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 114,259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pozulmuş hüquqların bərpa edilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Zəngilan Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci ildə ödənilmiş 124 manat məbləğində dövət rüsumu (qəbzin nömrəsi-**********) İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar