Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-314/2025 25.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş qızıl-zinnət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “verilmiş qızıl-zinnət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus qarnitur dəsti -750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa- üzük)-qiyməti 2800 manat dəyərində qızıl-zinət əşyalarının ona verilməsi, qızıl-zinət əşyaları olmadıqda isə ümumi qiyməti 10000 manat pulun və ödənilmiş 101 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dayısı yoldaşı olan Cavabdeh toya taxmaq adı ilə brilyant qaşlı qızıl qarnitur dəstini 17.01,2024-cü il tarixdə 1-2 günlük götürmüş, lakin bu günə kimi qaytarmamışdır. Belə ki, qarnitur dəsti - 750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa-üzük)-qiyməti 2800 manat dəyər təşkil edir. Cavabdehin ona olan borcunu qaytarmaması, razılaşma öhdəliklərinin yerinə yetirilməməsi ilə bərabər, həm də onun mülkiyyət hüquqlarının pozulmasına dəlalət edir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehdən ona verilməli olan qızıl-zinət əşyalarının dəyəri olan 10000 manat məbləğində pulun və ödənilmiş 101 manat manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, dayısının yoldaşı olan Cavabdeh toya taxmaq adı ilə brilyant qaşlı qızıl qarnitur dastini xx.xx.2024-cü il tarixdə 1-2 günlük götürmüş, lakin bu günə kimi qaytarmamışdır. Belə ki, qarnitur dəsti-750 əyyarlı 22 qram çəkidə İ karat brilyant sep-qiymətİ 5080 manat, 750 əyyarlı 8 qram çəkİdə 0.5 karat brilyant qolbaq–qİymətİ 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa-üzük)-qiyməti 2800 manat təşkil edir. Cavabdeh dayısının yoldaşıdır.Qaratelə qızılları taxmaq üçün vermişdir. Cavabdeh borcu tam şəkildə qaytarmamışdır. 750 əyyarlı 22 qram çəkidə İ karat brilyantı sep-qiymati 5080 manatı 750 ayyarlı 8 qram çakida 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa-üzük)-qiyməti 2800 manat dəyərində qızıl-zİnət əyalarının ona verilməsi, qızıl-zinət əşyaları olmadıqda isə ümumi qiyməti 10000 manatın və 101 manat dövlət rüsmunun alınıb ona verilməsini xahiş edir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu X1 Sevinc Elman qızına ünvanladğı xx.xx.2024-cü il tarixli, 3-13-53-4/2/2168 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan Cavabdeh Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verdiyi izahatında görünür ki, o, toya getmək üçün idiaçıdan qızılları almasını etiraf etmiş, Bakı şəhərində olmadığından, eləcə də səhəti ilə bağlı problemləri olduğuna görə pulu və qızılları qaytara bilməmiş, xx.xx.2024-cü il tarixə kimi Sevincin qızıllarını və 12.500 manat məbləğində pulunu qaytaracağına söz vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçının dayısının yoldaşıdır. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya məxus olan qızılzinnət dəstini toya taxmaq adı ilə ondan 1-2 günlüyünə götürmüş, lakin bu günə kimi həmin qızıl əşyaları iddiaçıya qaytarmamışdır. Həmin qızıl qarnitur dəsti - 750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaqqiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa-üzük)qiyməti 2800 manatdan ibarət olmuşdur. Cavabdeh qızıl-zinnət əşyalarını qaytarmadığı üçün iddiaçı şikayət ərzəsi ilə polisə müraciət etmiş, iddiaçının müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, lakin cavabdeh polisdə araşdırma zamanı verdiyi izahatında iddiaçıdan qızılları götürməsini etiraf etmiş, Bakı şəhərində olmadığından, eləcə də səhhəti ilə bağlı problemləri olduğuna görə pulu və qızılları qaytara bilməmiş, xx.xx.2024-cü il tarixə kimi iddiaçının qızıllarını və 12.500 manat məbləğində pulunu qaytaracağına söz versə də, bu günə kimi iddiaçıya məxsus olan qızılzinnət əşyalarını qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh qarnitur dəsti -750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa- üzük)-qiyməti 2800 manat dəyərində qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan 10.000 manat pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 -220, 227, 233, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh qarnitur dəsti -750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa- üzük)-qiyməti 2800 manat dəyərində qızılzinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan 10.000 manat pul və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-314/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-314/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver