Məhkəmə qərarları › İş №2(034)-404/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-404/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-404/2025 16.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 10.000 manat və ödədiyi 135 manat dövlət rüsmunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanılmış, müqavilə üzrə mebellər yığılaraq ona təhvil verilməli, müqaviləyə görə 18500 manatın 50 faizi 9.250 manatı avans kimi ödənilmiş, qalan məbləğin 25 faizi təhvil müddətindən 25 gün öncə, təhvil verildikdən sonra isə qalan 25 faiz ödəniş olunacaq idi.Cavabdeh üzərinə düşən öhtəliyini lazımınca yerinə yetirməmiş və bununlada ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli DG/MS 002 №-li Podrat Müqaviləsinin 2.5-ci bəndinə əsasən sifariş avans alındığı gündən hesablanır və 60 gün ərzində bütün sifarişlərin təhvili nəzərdə tutulmuşdur. Müqavilənin 2.6-cı bəndinə əsasən sifarişin təhvili razılaşdırılmış təhvil tarixinə əsasən təhvil verilmədikdə Podratçı tərəfindən Sifarişçiyə hər gecikən gün üçün ümüumi məbləğin 0.5% dəyərində cərimə ödəniləcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin məbləği, müqavilə imzalandıqdan sonra Podratçının təqdim etdiyi hesab faktura əsasında tərəflər arasında razılaşdırılmış məbləğin 18.500 manatın 50% hissəsi avans şəklində ödəniləçək, qalan məbləğ razılaşdırılmış təhvil müddətində 25 gün öncə 25%, təhvil verildikdən sonra 25% ödəniş ediləcəkdir. Göründüyü kimi aralarında bağlanmış müqaviləyə əsasən mənzilinə yığılacaq mebellərin dəyəri 18.500 manat, işin icra müddəti isə 60 gün təşkil etmişdir. O, 20 sentyabr 2023-cü il tarixli müqavilə bağlanarkən həmin gün avans olaraq 9250 manat ödəniş etmiş, həmin tarixdən müqavilənin 2.5-ci bəndinə əsasən işin icra müddətinin axımı başladılmış, sifaiş verdiyi mebelləri həmin avans aldığı 20 sentyabr 2023-cü il tarixindən 60 gün ərzində, yəni 20 noyabr 2023-ci il tarixdək tam təhvil verilməli idi. Lakin, Podratçı müqavilə öhdəliklərini pozaraq işi gecikdirməyə başlamış, işi təhvil verməmiş, dəfələrlə ondan müqavilədə müəyyən edilmiş müüddət ərzində işi təhvil verməyi xahiş etsə də, podratçı öz təqsirindən işi təhvil verməmişdir. O, bu müddət ərzində evinə köçüb yaşa bilmədiyi üçün məcbur kirayədə qalmış, 6 ay kirayədə yaşamış və Cavabdeh təqsiri uçbatıdan 6 ay kirayə pulu ödəmişdir. Podratçı iş prosesi zamanı ona maddi ziyan da vurmuşdur. O, səhlənkar işi nəticəsində mənzilin divarını (hörgünü) deşərkən su borusunu partlatmış, mənzili su basmış, mənzilinin polu və divarı bərbad hala düşmüşdür. Düzgün ölçü götürmədiyi üçün dəfələrlə malyar işləri yenilənmiş, paduqalar mebelə münasibətdə uyğun məsafədə qalmamışdır. Bunlar ekspert rəyində də öz əksini tapmışdır. Mebellər hələ də qüsurlu vəziyyətdədir və o, bunları gördükcə psixoloji sarsıntı və iztirab keçirir. Mənzilin parketini yenidən təmir etdirməli olmuşdur. Aralarında təvil -təslim aktıda olmamışdır. O, mənzilini dizaynla, zöqünə uyğun tikdirib içərisinə mebelləri yiğdırıb yaşamaq istəyirdi. O isə Cavabdeh qüsurlu mebellərin yiğilması və mebelləri quraşdırılması zamanı evinı vurduğu ziyan onun mənzilə və mebellərə olan marağını, həvəsini itirmişdir. Hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə məsiliyyət daşıyır. Bununlada cavabdeh onun etibarından sui-istifadə edərək pul vəsaitini mənimsəmiş və ondan öz xeyri üçün istifadə etmişdir. Bunun nəticəsində ona maddi və mənəvi ziyan vurmuşdur. Qeyd edilənlərlə yanaşı hesab edir ki, işə baxan məhkəmə onun məhkəmənin hesabına ödədiyi 135 manat dövlət rüsumu, maddi ziyana görə 5.000 manat və mənəvi ziyana görə 10.000 manatın cavabdeh tərəfindən ödənilməsi, qətnamə qəbul edilərkən nəzərə alınmalıdır. Mənəvi zərər insan hisslərinə əsaslandığından onu müəyyənləşdirmək daha mürəkkəbdir. Təsadüfi deyildir ki, məhkəmələr zərərin mövcudluğuna qərar verməkdə kifayət qədər çətinlik çəkirlər. Mənəvi zərərin sübut edilməsi ilə bağlı problemə toxunmazdan əvvəl "mənəvi zərər" anlayışını izah edən iki əsas nəzəriyyəyə (Bu nəzəriyyələr haqqında daha geniş məlumat üçün bax: 8, s. 177-185; 10, s. 531-536) diqqət yetirilməsinin faydalı olacağı qənaətindəyik. Çünki sübutetmə ilə bağlı yanaşma məhkəmələrimizin bu iki nəzəriyyədən hansını qəbul etməsindən böyük ölçüdə asılıdır. Obyektiv nəzəriyyəyə görə mənəvi zərər hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və şəxsi-qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadır. Subyektiv nəzəriyyəyə görə mənəvi zərərin meydana gəlməsi üçün şəxsin əmlak və şəxsi-qeyri-əmlak nemətlərinə hüquqa zidd müdaxilənin edilməsi, bu nemətlərdə obyektiv bir azalmanın baş verməsi yetərli deyildir. Mənəvi zərərin meydana gəlməsi üçün subyektiv ünsür də olmalıdır, yəni şəxsin əmlak və şəxsi-qeyri-əmlak nemətlərində baş verən azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsi zəruridir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir və bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və s. nəzərə alınmalıdır. Cavabdehin qanunsuz həərəkətləri nəticəsində o, mənəvi iztirab və gərginlik keçirmiş, bununla da ona mənəvi ziyan dəymişdir. Eyni zamanda ‘İnsan Hüquqları və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, “Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.” İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh ona qarşı “pul tələbinə dair» Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında e-2(005)-150/2025 nömrəli mülki iş var. Eyni tərəflər arasında mübahisə predmeti eyni məsələ ilə bağlı olduğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-150/2025 saylı mülki iş ilə Zəngilan Rayon Məhkəməsinin icraatında olan 2(034)-404/2025 nömrəli mülki iş üzrə icraatın birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmşdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcələnin 43.2-ci madəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə vəsatəti, təqdim edilmiş məhkəmə bildirişini nəzərdən keçirib hesab edir ki, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan» tələbinə dair 2(034)-404/2025 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı «podrat müqaviləsi üzrə mübahisələr tələbinə dair» e-2(005)- 150/2025 (e-2(005)-1864/2024) nömrəli mülki işlə birləşbirilib bir icraatda baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan» tələbinə dair 2(034)-404/2025 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı «podrat müqaviləsi üzrə mübahisələr tələbinə dair» e-2(005)-150/2025 (e-2(005)- 1864/2024) nömrəli mülki işlə birləşdirilib bir icraatda baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar