Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-571/2022 22.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “vurulmuş maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh «Attenti» markalı elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 manat məbləğində pulun nəzarət subyektindən alınaraq X3 Xəzinədarlıq Agentliyi M/H:AZ41NABZ******************** VÖEN: ********** Kod:210005 SWİFT:CTREAZ22 Bakı şəhər maliyyə idarəsi H/H:AZ66CTRE******************** VÖEN: **********, Büdcə səviyyə kodu 1: Büdcə təsnifatının kodu: 142330 hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkum qeydiyyata götürülmüşdür. xx.xx.2021-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüququi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində 3 ay həbs qətimkan tədbiri seçilmişdir. Polislər tərəfindən məhkum saxlanılarkən onun ayağından qolbaq açılaraq götürülmüş, lakin mobil nəzarət qurğusu məhkumun üzərində olmamışdır. Məhkum barəsində həbs qətimkan tədbiri seçilməmişdən qabaq da, özü və ailə üzvləri ilə telefon vasitəsilə danışarkən mobil nəzarət qurğusunu itirildiyini bildirmişdilər. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından “Attenti” markalı elektron nəzarət qurğusunun mobil qurğusu şöbəyə geri qaytarılmadığı üçün maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı böyük icra məmuru (probasiya üzrə) İİ dərəcli ədliyyə qulluqçusu Ülvi Allahverdiyev məktubla məhkəməyə müraciət edərək işlərinin çoxluğu ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəmə prosesində iştirak edə bilməyəcəni, odur ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentesiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı vermiş olduğu iddianı qəbul etməsini, vurduğu ziyanı isə azadlıqda olduğu dövrdə ödəyəcəyini öhdəsinə götürməsini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-140/2021 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 12 avqust 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək və 22 dekabr 2020-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlandığı cəmi 02 ay 27 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş göstərişdən görünür ki, Cavabdeh barəsində olan hökm icra olunması üçün İddiaçınə göndərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəyaza məhkum edlmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanıın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, 1 ədəd mobil qurğu, 1 ədəd elektron qolbaq və 1 ədəd adaptr məhkum X1 təqdim edilmiş, eyni zamanda, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüququi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli ED-M-№ 96-21 nömrəl arayışından görünür ki, məhkuma təqdim edilmiş sadə elektron qolbaq x1, mobil nəzatə qurğusu-x1, elektron adapteri-x1, proqram lisenziyası-x1 qiyməti 1.930,00 manat olmaqla, 347.40 manat ƏDV ilə cəmi 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini aldıqdan sonra göstəriş icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçınə göndərilmiş və xx.xx.2021-ci il tarixdə məhkum qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə Cavabdeh yaşadığı ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmiş, həmçinin məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüququi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuş və həmin protokol məhkum tərəfindən imzalanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Cavabdeh barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, polislər tərəfindən məhkum saxlanılarkən onun ayağından qolbaq açılaraq götürülmüş, lakin mobil nəzarət qurğusu məhkumun üzərində olmamışdır. Məhkum özü və ailə üzvləri mobil həmin mobil nəzarət qurğusunu itirməsini bildirmişlər. Bundan əlavə iş materiallarında olan və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli ED-M-№ 96-21 nömrəli arayışından görünür ki, məhkum Cavabdeh təqdim edilmiş sadə elektron qolbaq x1, mobil nəzatə qurğusu-x1, elektron adapteri-x1, proqram lisenziyası-x1 qiyməti 1.930,00 manat, 347.40 manat ƏDV ilə birlikdə cəmi 2277.40 manat təşkil etmişdir. Eyni zaman da məhkum məhkəməyə ünvanladığı ərizəsində İddiaçı ona qarşı vermiş olduğu iddianı qəbul etməsini, vurduğu ziyanı isə azadlıqda olduğu dövrdə ödəyəcəyini öhdəsinə götürməsini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh «Attenti» markalı elektron nəzatə qurğusunun dəyəri, yəni 2277.40 manat məbləğində pulun nəzarə subyektindən alınaraq X3 Xəzinədarlıq Agentliyi M/H:AZ41NABZ******************** VÖEN: ********** Kod:210005 SWİFT:CTREAZ22 Bakı şəhər maliyyə idarəsi H/H:AZ66CTRE******************** VÖEN: **********, Büdcə səviyyə kodu 1: Büdcə təsnifatının kodu: 142330 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Attenti» markalı elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 manat məbləğində pulun nəzarət subyektindən alınaraq X3 Xəzinədarlıq Agentliyi M/H:AZ41NABZ******************** VÖEN: ********** Kod:210005 SWİFT:CTREAZ22 Bakı şəhər maliyyə idarəsi H/H:AZ66CTRE******************** VÖEN: **********, Büdcə səviyyə kodu 1: Büdcə təsnifatının kodu: 142330 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-571/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-571/2022
22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver