Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-634/2021 26.10.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi Araz Alakhverdievin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 03.11.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəyən maddi zərərə görə 5000 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsmunun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Araz Alakhverdiev iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 03.11.2019-cu il tarixində Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Audi" markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Opel Vectra" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Audi" markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4828 AZN (dörd min səkkiz yüz iyirmi səkkiz manat) və “Opel Vectra" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 172 AZN ( yüz yetmiş iki manat), ümumilikdə 5000 AZN (beş min manat) sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsində 3(005)-2914/2019 saylı, 08.11.2019-cu il tarixli qərarı qəbul edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyat hadisəsi zamanı Cavabdeh1 tərəfindən avtomobil sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan idarə edildiyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər X2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 074991 nömrəli sığorta aktından görünür ki, "Audi" markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 4828 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 075284 nömrəli sığorta aktından görünür ki, “Opel Vectra" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 172 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təərtib edilmiş qüsur aktından görünür ki, «Audi» markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 30.405 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli 3(005)-2914/2019 saylı qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Opel Vectra" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, «Audi» markalı, ** HF *** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, 03.11.2019-cu il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan və nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadan idarə edilən “Opel Astra” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Audi" markalı ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Opel Vectra" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli 3(005)-2914/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.Hər iki nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkəti ASC-də sığortalı olduğundan "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Audi" markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4828 manat və “Opel Vectra" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 172 manat olmaqla, ümumilikdə 5000 manat sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat sığorta ödənişi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Zəngilan rayonundan məcburi köçkündürlər. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-634/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-634/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver