Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-71/2021 16.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3210,96 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Toyota» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən AE №739475 nömrəli şəhadətnamə ilə 12.09.2016-cı il tarixdən 11.09.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ ilə sığortalanmışdır. Cavabdeh 12 mart 2017-ci il tarixdən saat 22.50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Azneft dairəsində nizamlanmayan yol ayrıcında sağdan hərəkətdə olan “Renault Duster” markalı 99 FR-916 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində X1 maddi zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis idarəsinin X5 şöbəsi tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh barəsində İXMnin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 697881 nömrəli protokol tərtib olunmuş, inzibati xəta haqqında iş üzrə qərarla 100 manat məbləğində cərimə olunmuşdur. “Renault Duster” markalı **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalı olduğundan və müəyyən edilmiş 3210.96 manat məbləğində zərər ödənildiyindən "xxxx" ASC tərəfindən subroqasiya hüququnun keçməsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmişdir.Sonda məhkəmədən iddianın təmin olunması xahiş olunur. İddiaçı “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin hüquq və sığorta hissələr xidmətinin hüquqşünası Şəfahət Xudiyev ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.07.2017-ci il tarixli 2331/CML-2041/2017 nömrəli sığorta aktından görünür ki, "Renault Duster” markalı **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalı olduğundan və müəyyən edilmiş 3210.96 manat məbləğində zərər ödənildiyindən "xxxx" ASC tərəfindən subroqasiya hüququnun keçməsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankın hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 12.07.2017-ci il tarixli 5182 nömrəli ödəniş tapşırığından aydın olur ki, 3210.96 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən subroqasiya hüququnun keçməsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. İş materillarında olan KYP 697881 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «X4-Prado» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Renault Duster” markalı **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi X2r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, «Toyota» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən AE №739475 nömrəli şəhadətnamə ilə 12.09.2016-cı il tarixdən 11.09.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ ilə sığortalanmışdır. Cavabdeh 12 mart 2017-ci il tarixdən saat 22.50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Azneft dairəsində nizamlanmayan yol ayrıcında sağdan hərəkətdə olan “Renault Duster” markalı **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində X1 maddi zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis idarəsinin X5 şöbəsi tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh barəsində İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 697881 nömrəli protokol tərtib olunmuş, inzibati xəta haqqında iş üzrə qərarla 100 manat məbləğində cərimə olunmuşdur. “Renault Duster” markalı **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalı olduğundan və müəyyən edilmiş 3210.96 manat məbləğində zərər ödənildiyindən "xxxx" ASC tərəfindən subroqasiya hüququnun keçməsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına sığorta öədnişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Cavabdeh 3210,96 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Odur ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3210,96 (üç min iki yüz on manat, doxsan altı qəpik) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-71/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-71/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver