Məhkəmə qərarları › İş №2(034)-752/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-752/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-752/2021 16.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Salahova Şahnaz Səməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respubllikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 20.40 manat dövlət rüsumu olmaqla, cəmi 100.40 (yüz manat, qırx qəpik) manat pulun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09.07.2019-cu il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Masazır dairəsi ərazisində şirkətdə icbari sığorta növü ilə sığortalanmış, X2 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Ford D EDL mikroavtobus” markalı, ** BA *** dövlət nişanlı avtomobil “Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqusmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Abşeron rayon DYPİ-nin 10.07.2019-cu il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Bas vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 80 (səksən) manat məbləğində müəyyənləşdirilərək şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür.‘İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 80 (səksən) manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 20,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda məhkəmədən iddiannı təmin olunması xahiş olunur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq departamentinin direktoru Fərid Mustafazadə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iştirak etmək imkanlarının olmamasını, verilmiş iddialarını müdafiə etdiklərini, göndərdikləri sübutlar əsasında iştirakları olmadan işə baxılımasını və cavabdehdən Dövlət Sığorta Kommersiya Şirkətinə olan subroqasiya borcunun tutularaq şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, “Ford D EDL mikroavtobus” markalı, ** BA *** dövlət nişanlı avtomobil X2 məxsusdur və etibarnamə əsasında idarə olunması üçün ona verilmişdir. Hadisə Bakı şəhəri, Masazır dairəsi ərazisində baş vermişdir. Belə ki, o, idarə etdiyi avtomobilin «Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsini hiss etməmişdir. “Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma zamanı çüzi zərər dəymişdir. Avtomobil iddiaçı olan sığorta şirkəti tərəfindən sığortalandığı üçün 80 manat sığorta pulu ödənilmişdir. Sonradan o, qanunvericiliyin tələblərini pozduğu üçün Abşeron rayon DYPİ-nin 10.07.2019-cu il tarixli TP ******* №-li qərarına əsasən Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş və nəticə olaraq 100 manat məbləğində cərimə ödəmişdir. Baş vermiş hadisəinin üzərində bir il keçdikdən sonra sığorta ona zəng etmiş və bildirmişdir ki, onun 80 manat cərimə borcu var. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0605/885 nömrəli 16.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı aktdan görünür ki, toqquşma nəticəsində «Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə 80 manat məbləğində zərər dəymiş və 80 manat X1 yolu ilə ödənilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, «Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə 80 manat məbləğində zərər dəymişdir. İş materipallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsinin surətindən görünür ki, «Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Elxan Əfəndiyevdir. İş materiallarına əlavə edilmiş TP3082717 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Cavabdeh 09.07.2019-cu il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Masazır dairəsi ərazisində icbari sığorta növü ilə sığortalanmış X2 məxsus və etibarnamə əsasında idarə etdiyi “Ford D EDL mikroavtobus” markalı, ** BA *** dövlət nişanlı avtomobilə “Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqusmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Abşeron rayon DYPİ-nin 10.07.2019-cu il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. “Mercedes Benz C 200” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı «Azərisığorta» DSKŞ tərəfindən dəymiş zərərin hesablanmasına dair akta uyğun olaraq dəymiş zərər 80 manat dəyərində qiymətləndirilmiş və nəticədə Azərbaycan Respubllikası Dövlət Sığorta Kommersiya Şirkətinə 80 manat məbləğində ziyan dəymişdir. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Cavabdeh 80 manat sığorta ödənişi tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət sığorta Şirkətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən cavabdeh Qocayev X5 rayonundan məcburi köçkün olduğuna görə o, dövlət rüsumu ödəməkdən azad olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 80 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. İddiaçı tətəfindən ödənilmiş 20.40 manat dövlət rüsümü iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar