Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-169/2024 29.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 29 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2129.30 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş olduğu 41.30 manat olmaqla, cəmi 2170.60 manat məbləğində pulun məcburi qaydada alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ticarət fəaliyyəti ilə məşğul olur. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh cəmi 2473 manat dəyərində 2 ədəd LG markalı Paltaryuyan, 1 ədəd İran Qaz peçi, 1 ədəd HOFE MAN markalı Paltaryuyan iddiaçıdan nisyə alaraq pulunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh əldə etdiyi malları tam və qüsursuz şəkildə təhvil alaraq 2473 manat pulun cavabdehə tam həcimdə geri qaytarılmasını söz vermişdir. Lakin, cavabdeh borclu olduğu 2473 manatdan 343.70 manatını qaytarsada, bu günədək borclu olduğu 2129.30 manat pulunu qaytarmamışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 2129.30 manat borcu yaranmışdır. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ticarət fəaliyyəti ilə məşğul olur. Şifahi razılaşmaya əsasən cavabdeh ondan cəmi 2473 manat dəyərində 2 ədəd LG markalı Paltaryuyan, 1 ədəd İran Qaz peçi, 1 ədəd HOFE MAN markalı Paltaryuyan nisyə alaraq pulunu hissə-hissə qaytaracağını bildirmişdir. Lakin, cavabdeh borclu olduğu 2473 manatdan 343.70 manatını qaytarsada, bugünədək qalıq borcu olduğu 2129.30 manat pulunu qaytarmamışdır. Onun tərəfindən cavabdehə borcla bağlı çoxlu sayda zənglər edib iradlarını bildirmək istədikdə, cavabdeh ona borclu olduğunu etiraf etsədə müxtəlif bəhanələr gətirərək olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 2129.30 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, şifahi razılaşmaya əsasən o, iddiaçıdan cəmi 2473 manat dəyərində 2 ədəd LG markalı Paltaryuyan, 1 ədəd İran Qaz peçi, 1 ədəd HOFE MAN markalı Paltaryuyan nisyə alaraq pulunu hissə-hissə qaytaracağını söz vermişdir. Bəli onun bugünə iddiaçıya əsas borca görə 2129.30 manat və ödənilmiş dövlət rüsumuna görə 41.30 manat olmaqla, cəmi 2170.60 manat borcu vardır. İddiaçıya olan borcunu maddi durumu və ailə vəziyəti ağır olduğu üçün ödəyə bilməmişdir. Odur ki, iddiaçıya olan borcunu ödəməyə razıdır və gələcəkdə hissə-hissə ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 41.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, iddianı qəbul edərək İddiaçı 2170.60 manat məbləğində borcu olduğunu, həmin borcu ödəməyə razı olduğunu və gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh 2473 manat dəyərində 2 ədəd LG markalı Paltaryuyan, 1 ədəd İran Qaz peçi, 1 ədəd HOFE MAN markalı Paltaryuyan iddiaçıdan nisyə alaraq pulunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh borclu olduğu 2473 manatdan cəmi 343.70 manatını qaytarsada, borclu olduğu 2129.30 manat pulu qaytarmamışdır. İddiaçı borcunu qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 2129.30 manat və dövlət rüsumuna görə ödənilmiş 41.30 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 2129.30 manat və dövlət rüsumuna görə ödənilmiş 41.30 manat, cəmi 2170.60 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-169/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-169/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver