Məhkəmə qərarları › İş №2(038)-34/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-34/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-34/2023 23.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 177 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmə araşdırması tələb olunduğu üçün iş məhkəmənin 21 dekabr 2022-ci il tarixli, 2(038)-521/2022 saylı qərardadı iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən elektrik avadanlıqları satışı dükanının müdiri işləyir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada azad sahibkarlıqla məşğul olur. 18 aprel 2015-ci il tarixdə Yardımlı rayonu, Qabaqdibi kənd sakini Cavabdeh mağazaya müraciət edərək kredit şərti ilə ona “LG 10B8 NDL 25” markalı paltaryuyan, “Biryusa M 139” markalı soyuducu və “Euralxs” markalı tozsoran verilməsini xahiş etmişdir. Həmin tarixdə cavabdehə 73 saylı, 18 aprel 2015-ci il tarixli, kredit müqaviləsi üzrə illik 30 % olmaqla 11 ay müddətinə 460 (dörd yüz altımış) manat dəyərində, 550 (beş yüz əlli) manat kredit məbləği ilə “LG 10B8 NDL 25” markalı paltaryuyan, 420 (dörd yüz iyirmi) manat dəyərində 516 (beş yüz on altı) manat kredit məbləği ilə “Biryusa M 139” markalı soyuducu və 50 (əlli) manat dəyərində, 65 (altımış beş) manat kredit məbləği ilə “204 Euralxs” markalı tozsoran verilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə aylıq 80 (səksən) manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh 18 aprel 2015-ci il tarixli, 73 saylı kredit müqaviləsi üzrə götürülmüş olduğu öhdəlikləri yerinə yetirməmiş, 177 (bir yüz yetmiş yeddi) manat borcu yaranmışdır. Cavabdeh bağlanmış 18 aprel 2015-ci il tarixli, 73 saylı kredit müqaviləsinin şərtlərini pozduğundan və kredit öhdəliklərini tam olaraq yerinə yetirməsi üçün cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. İddiaçı məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan 18 aprel 2015-ci il tarixli 73 saylı istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh illik 30 % olmaqla 11 ay müddətinə 460 (dörd yüz altımış) manat dəyərində, 550 (beş yüz əlli) manat kredit məbləği ilə “LG 10B8 NDL 25”markalı paltaryuyan, 420 (dörd yüz iyirmi) manat dəyərində 516 (beş yüz on altı) manat kredit məbləği ilə “Biryusa M 139” markalı soyuducu və 50 (əlli) manat dəyərində, 65 (altımış beş) manat kredit məbləği ilə “204 Euralxs” markalı tozsoran verilmişdir. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 aprel 2015-ci il tarixli, 73 saylı istehlak krediti müqaviləsi üzrə illik 30 % olmaqla 11 ay müddətinə 460 (dörd yüz altımış) manat dəyərində, 550 (beş yüz əlli) manat kredit məbləği ilə “LG 10B8 NDL 25”markalı paltaryuyan, 420 (dörd yüz iyirmi) manat dəyərində 516 (beş yüz on altı) manat kredit məbləği ilə “Biryusa M 139” markalı soyuducu və 50 (əlli) manat dəyərində, 65 (altımış beş) manat kredit məbləği ilə “204 Euralxs” markalı tozsoran Cavabdeh verilmiş və cavabdehə kredit müqaviləsi üzrə aylıq 80 (səksən) manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh 18 aprel 2015-ci il tarixli, 73 saylı istehlak kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçıya 177 manat borcu yaranmışdır. Cavabdeh etirazını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan maddi normaların tələblərindən göründüyü kimi, Cavabdeh istehlak krediti müqaviləsi üzrə öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, nəticədə 177 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 177 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar