Məhkəmə qərarları › İş №2(035)-183/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-183/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-183/2024 08.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X5 Elxan oğlunun sədrliyi Babayev Leyla Şirin qızının katibliyi, İdiaçı İddiaçı nümayəndəsi-Vəkil Mehdi qızının, Cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızının iştirakı ilə, İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı “3000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və əmlakların çıxarılması tələbi”nə dair mülki işə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına cavabdehə 3000 manat məbləğində kompensasiya ödənilmək şərti ilə xitam verilməsi, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşaqları ilə birlikdə hazırda mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, cavabdehə məxsus olan cehiz əmlakları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və 2(035)-183/2024 saylı mülki iş açılmışdır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, cavabdeh İddiaçı Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyən X3 qaynıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 19.2.3-cü maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər; Həmin Məcəllənin 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü özünə etiraz etməyə borcludurlar. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Hesab edirəm ki, mülki iş üzrə cavabdeh İddiaçı qardaşı arvadı X4 hal-hazırda Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyindən yuxarıda göstərilən qanunvericilik normalarına əsasən mən həmin mülki işə hakim kimi mahiyyəti üzrə baxa bilmərəm. Ona görə də mən özüm-özümə etiraz edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-22, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı “3000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və əmlakların çıxarılması tələbi”nə dair mülki iş baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar