Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-307/2023 05.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə” dair mülki iş üzrə. (Açar sözlər:Maddi və mənəvi zərərin ödənilməsi tələbi) X1 Məhkəmə iclas katibi X4 İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə“ dair iddia ərizəsi üzrə mülki işə 05 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində yaydığı böhtan xarakterli məlumatların “Canım.az” saytında, digər sosial şəbəkə resurslarında rəsmi qaydada rəkzib edilməsi və cavabdehdən maddi ziyana görə 5000 manat və mənəvi ziyana görı 20000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısı oğludur. Onun qohumları ilə münasibətləri daim yaxşı olmuş və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin, xx.xx.2022-ci il tarixdə saat 01:18 radələrində ona tanımadığı 12 müxtəlif nömrələrdən vaççap mesajları gəlmiş, həmin mesajlarda ona pul müqabilində əxlaqsız təkliflər olunmuşdur. Bu zaman bacısı oğlu Rövşən də ona vaççap mesajları ataraq bildirmişdir ki, guya tanımadığı nömrədən ona zənglər gələrək onun və bacısı Aynurənin barəsində «Canım.az»saytında pul müqabilində əxlaqsız hərəkətələr etmələri ilə bağlı məlumatlar yerləşdirilmişdir. Cavabadeh ona bildirmişdir ki, guya o, «Canım.az» saytında «Elza-Sabunçu» adlı niklə qeydiyyatdan keçərək Aynurə ilə birgə şəkil paylaşmış və 60 AZN pul müqabilində əxlaqsız hərəkətlər etmələrini təklif etmişlər. O, həmin sayta heç bir qeydiyyatının olmadığını cavabdehə bildirmişdir. Bundan sonra baş vermiş hadisə barədə kiçik bacısı Aynurəyə xəbər vermişdir. Aynurə işi araşdırıb ona zəng edərək «Canım.az» sayıtında adına saxta «Elza-Sabunçu» adlı nikin açılaraq bir gün həmin saytda nömrəsinin qeyd olunmaqla aktiv olunduğunu bildirmişdir. Həmçinin Aynurə ona bu işdə Rövşənin əlinin olduğunu bildirmişdir. Çünki, Aynurə sayta daxil olunmuş telefonların və planşetin İP adresinin Rövşənə məxsus olduğunu öyrənmiş və başqa niklə sayta daxil olmuş və həmin profili bağlamışdır. Hesab edir ki, Rövşən bu işi, yəni «Elza-Sabunçu» adlı nikin digər bacısı Arzunun təkidi ilə açmış və Aynurə ilə onu əxlaqsızlıqda ittiham etmək üçün etmişdir. Bu məlumatlar ona məlum olandan bir az sonra tanımadığı nömrədən ona mesaj gəlmiş və həmin şəxs bacısı Arzu olduğunu demişdir. Bacısı Arzu ona yazdığı mesajlar da və səs yazmalarında onun Rövşənlə əxlaqsız münasibətlərinin olmasını bildirərək onun adından olan saxta profildə olan mesajların şəkilini çəkib atmışdır. Sonra ona məlum olmuşdur ki, bunları bacısı Arzunun təkidi ilə Rövşən etmişdir. Bundan sonra o, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Cavabdeh və X5 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və cəzalandırılmalarını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat və Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) miqdarda cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilmişdir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Həmin vaxtdan baş vermiş hadisənin şokunu və stresini yaşayır. Hadisənin mənfi təsiri nəinki onda, hətta ailə üzvlərində də özünü göstərməkdədir. Artıq səhhətində ciddi problemlər yaranmağa başlamışdır. Həyat tərzi dözülməz dərəcədə pisləşmişdir. Həmçinin baş vermiş hadisədən sonra müayinə və müalicə almışdır.Mütəmadi olaraq evlərində söz-söhbətlər yaranmaqdadır. Rövşənlə barışmayaraq onu bağışlamamışdır. Cavabdeh ona maddi və mənəvi ziyan vurmaqla onun hüquqlarını kobud şəkildə pozmuşdur Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun bacısı oğludur. Onun qohumları ilə münasibətləri daim yaxşı olmuş və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin, xx.xx.2022-ci il tarixdə saat 01:18 radələrində ona tanımadığı 12 müxtəlif nömrələrdən vaççap mesajları gəlmiş, həmin mesajlarda ona pul müqabilində əxlaqsız təkliflər olunmuşdur. Bu zaman bacısı oğlu Rövşən də ona vaççap mesajları ataraq bildirmişdir ki, guya tanımadığı nömrədən ona zənglər gələrək onun və bacısı Aynurənin barəsində «Canım.az» saytında pul müqabilində əxlaqsız hərəkətələr etmələri ilə bağlı məlumatlar yerləşdirilmişdir. Cavabadeh ona bildirmişdir ki, guya o, «Canım.az» sayıtında «Elza-Sabunçu» adlı niklə qeydiyyatdan keçərək Aynurə ilə birgə şəkil paylaşmış və 60 AZN pul müqabilində əxlaqsız hərəkətlər etmələrini təklif etmişlər. O, həmin sayta heç bir qeydiyyatının olmadığını cavabdehə bildirmişdir. Bundan sonra baş vermiş hadisə barədə kiçik bacısı Aynurəyə xəbər vermişdir. Aynurə işi araşdırıb ona zəng edərək «Canım.az» sayıtında adına saxta «Elza-Sabunçu» adlı nikin açılaraq 1 gün yarım həmin saytda nömrəsinin qeyd olunmaqla aktiv olunduğunu bildirmişdir. Həmçinin Aynurə ona bu işdə Rövşənin əlinin olduğunu bildirmişdir. Çünki, Aynurə sayta daxil olunmuş telefonların və planşetin İP adresinin Rövşənə məxsus olduğunu öyryənmiş və başqa niklə sayta daxil olmuş və həmin profili bağlamışdır. Hesab edir ki, Rövşən bu işi, yəni «Elza-Sabunçu» adlı nikin digər bacısı Arzunun təkidi ilə açmış və Aynurə ilə onu əxlaqsızlıqda ittiham etmək üçün etmişdir. Bu məlumatlar ona məlum olandan bir az sonra tanımadığı nömrədən ona mesaj gəlmiş və həmin şəxs bacısı Arzu olduğunu demişdir. Bacısı Arzu ona yazdığı mesajlarda və səs yazmalarında onun Rövşənlə əxlaqsız münasibətlərinin olmasını bildirərək onun adından olan saxta profildə olan mesajların şəkilini çəkib atmışdır. Sonra ona məlum olmuşdur ki, bunları bacısı Arzunun təkidi ilə Rövşən etmişdir. Bundan sonra o, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Cavabdeh və X5 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və cəzalandırılmalarını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(035)-32/2022 hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat və Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) miqdarda cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilmişdir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Həmin vaxtdan baş vermiş hadisənin şokunu və stresini yaşayır. Hadisənin mənfi təsiri nəinki onda, hətta ailə üzvlərin də özünü göstərməkdədir. Artıq səhhətində ciddi problemlər yaranmağa başlamışdır. Həyat tərzi dözülməz dərəcədə pisləşmişdir. Həmçinin baş vermiş hadisədən sonra müayinə və müalicə almışdır.Mütəmadi olaraq evlərində söz-söhbətlər yaranmaqdadır. Rövşənlə barışmayaraq onu bağışlamamışdır. Cavabdeh ona maddi və mənəvi ziyan vurmaqla onun hüquqlarını kobud şəkildə pozmuşdur Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh onun oğlu, iddiaçı isə cavabdehin doğma xalasıdır. Cavabdehin digər xalası Aynurə Namazova xx.xx.2022-ci il tarixdə cavabdehə zəng edərək “Canım.az.” saytında səhifə açıb parol-kod nömrəsini ona verməyini xahiş etmişdir. Cavabdeh xalası Aynurənin xahişini yerinə yetirdikdən bir müddət sonra həmin saytda erotik şəkillər paylaşılmış, bu şəkillərin xalası Elzaya aid olması bildirilmiş və Elzanın adından erotik mətində yazışmalar olmuşdur. Cavabdehin özünə də tanıdığı şəxslərdən mesajlar gələrək xalalarının barəsində xoşagəlməz söhbətlər yayıldığını bildirdikləri üçün narahat olaraq xalaları Elza və Aynurəyə zəng edərək bu barədə məlumat vermişdir. Hadisədən bir qədər sonra xalası Aynurə ona zəng edərək təkidlə ondan həmin paylaşımları özünün etdiyini boynuna almasını və bunu digər xalası Arzunun sifarişi ilə etməsini tələb etmişdir. Aynurə cavabdehi müxtəlif təhtidlərlə qorxutduğundan o, bu paylaşımları əvvəlcə Arzu xalasının sifarişi ilə etdiyini, daha sonra isə elə Aynurənin sifarişi ilə etdiyini bildirmişdir. Hətta Aynurə xalası ilə onun əri Elçin bu hadisələrlə bağlı onun xəstə olduğunu və tənha yaşayan bibisinin evində qaldığını öryənib oraya gələrək orada da ona təzyiqlər göstərərək bu vidyoların Arzunun sifarişi ilə paylaşıldığını deməsini tələb etmişlər. Lakin, buna baxmayaraq Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(035)-32/2022 saylı hökmü ilə cavabdeh təqsirli bilinərək Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat və Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) miqdarda cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, cavabdehin bu paylaşımlarla bağlı heç bir əlaqəsi yoxdur. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(035)-32/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat və Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) miqdarda cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 46-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 46-cı maddəsinin 2-ci hissəsinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan Hüquqları və X3 haqqında Konvensiya”nın 41-ci maddəsinə görə mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 7-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin qərarın 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndinə görə Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı Qərarın 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X3 haqqında Konvensiyanın, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 23.4-cü maddəsinə görə maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, iddiaçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Cavabdeh və X5 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və cəzalandırılmalarını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(035)-32/2022 hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat və Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) miqdarda cərimə cəzasına məhkum edilmiş və təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntılar keçirmiş, psixoloji travma almış, ailədə və cəmiyyətdə nüfuzuna ciddi şəkildə xələl gətirmiş və nəticədə ona mənəvi ziyan vurulmuşdur. Odur ki, iddiaçı maddi və mənəvi ziyan tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda adıçəkilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını, Konstitusiya və Konvensiyanın müddəalarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarlarında göstərilən tövsiyyələrini rəhbər tutaraq hesab edir ki, iddia tələbi “mənəvi zərərin ödənilməsi”nə dair hissədə qismən təmin edilməli, “maddi ziyan” tələbinə dair hissəsinə isə hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunduğundan məhkəmə hesab edir ki, hər hansı hal şəxsiyyətin, ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən də müdafiə olunur. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahat isə İddiaçı məhkəmə iclasında verdiyi izahatla və tədbim etdiyi sübutlarla tam təkzib olunmuşdur. Odur ki, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilən sübutlara qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli mənəvi ziyana görə 1500 manat miqdarında pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı cavabdehdən ona 5000 manat məbləğində maddi ziyan vurulduğunu iddia etsədə, maddi zərərlə bağlı məhkəməyə izahat verməkdən savayı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 1500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində “Canım.az.” saytında verdiyi məlumat həqiqətə uyğun olmadığı üçün bu məlumat Cavabdeh tərəfindən həmin sayıtda təkzib olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-307/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-307/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver