Məhkəmə qərarları › İş №2(035)-361/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-361/2023

25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-361/2023 25.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X5 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 25 avqust 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 60 manat, cəmi 4060 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hər iki cavabdeh onunla həmkəndli olmaqla, həm də, təxminən 20 ildir ki, qonşu olmaqla bir-birlərini yaxından tanıyırlar. 2019-cu ilin may ayının axırlarında eşitmişdir ki, Cavabdeh1 bir tanışı var ki, sonuncu Fövqələdə Hallar Nazirliyinə kəndçilərini işə düzəldir. Elə buna görə də Cavabdeh1 və iş üzrə digər Cavabdeh2 ilə görüşüb onlara oğlu X6 Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğınsöndürən kimi işə düzəlməsində köməklik etmələrini onlardan xahiş etmişdir. Cavabdeh1 ona bildirmişdir ki, onun tanışı var, adı Orxandır bu işləri görə bilir. Orxanın həmin işi neçəyə düzəldəcəyini soruşduqda cavabdeh 8500 manata düzələcəyini bildirmişdir. O, pulu cavabdehlərə xx.xx.2019-cu il tarixdə axşam saat 22:00 radələrində Zərdab rayonu Dəliquşçu kəndində yerləşən özünə məxsus evdə ailə üzvlərinin yanında 8500 manatı Elmar və Elvinə vermişdir. Cavabdeh isə aldıqları 8500 manat pulu xx.xx.2019-cu il tarixdə Bakı şəhərində metronun “20 Yanvar” stansiyasının yaxınlığında X1 verdiklərini bildirmişlər. Həmin puldan 4500 manatını cavabdehlər qaytarsalarda, 4000 manatını qaytaracaqlarına vəd versələrdə, bu günə kimi qaytarmamışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazlarını və ya mülahizələrini məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, yuxarıda adlarını qeyd etdiyi hər iki cavabdeh onunla həmkəndli olmaqla ata və oğuldur. İş üzrə Cavabdeh1 ilə həm də təxminən 20 ildir ki, qonşudur və bir-birlərini yaxından tanıyırlar. Təxminən 2019-cu ilin may ayının axırlarında o kəntdə olan zaman eşitmişdir ki, Elmarın bir tanışı var, sonuncu Fövqələdə Hallar Nazirliyinə kəndçilərini işə düzəldir. Elə buna görə də o Elmar və digər Cavabdeh2 ilə görüşüb onlara oğlu X6 Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə yanğınsöndürən kimi işə düzəlməsində köməklik etmələrini onlardan xahiş etmişdir. Bu zaman Elmar ona bildirmişdir ki, onun tanışı var, adı Orxandır, bu işləri görə bilir. O, həmin işin neçəyə düzələcəyini soruşduqda Elmar və Elvin 8500 manata düzəlir demişlər. Bundan sonra o, Elmar və Elvinə pulun evdə olduğunu demiş, xx.xx.2019-cu il tarixdə axşam saat 22:00 radələrində Zərdab rayonu Dəliquşçu kəndində yerləşən ona məxsus evdə ailə üzvlərinin yanında oğlunun işə düzəltmələri üçün əvvəlcədən cavabdehlərlə aralarında olan razılaşmaya əsasən nəzərdə tutulmuş 8500 manat pulu Elmar və Elvinə vermişdir. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən məsələ 04 iyun 2019-cu il tarixədək həll olumalıydı. O, pulu hər iki cavabdehə verdikdən sonra cavabdehlər ondan aldıqları 8500 manatı xx.xx.2019-cu il tarixdə, səhər saatlarında Bakı şəhərində metronun “20 Yanvar” stansiyasının yaxınlığında X1 verdiklərini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər ondan başqa X4, X2, X7 və bir neçə əlavə şəxslərdən də onların özlərini və ya övladlarını Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Şöbəsinə işə düzəltməsində köməklik edəcəyi adı ilə onlardan da pul almış. qeyd olunan faktlar üzrə Yasamal rayon Pİ-də Azərbaycan Respulikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə cinayət işi başlanaraq istintaq olunmuş, o, və adlarını qeyd etdiyi digər şəxslər iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İşə Yasamal rayon məhkəməsində baxılmış və iş üzrə xx.xx.2020-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Lakin, aradan 2 ildən çox bir müddət keçməsinə baxmayaraq, eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həqiqətəndə ondan 8500 manat pul alaraq tanışları X1 verilməsi sübut olunsa da, hazırki vaxta kimi iş üzrə cavabdehlərə verdiyi 8500 manat puldan 4500 manatı cavabdehlər tərəfindən qaytarılsa da, 4000 manatı qaytaracaqlarına söz versələrdə hələ də qaytarılmamışdır. Onun tərəfindən cavabdehlərə dəfələrlə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisi onun həmkəndlisi olmaqla hər ikisini yaxşı tanıyır. Belə ki, Cavabdeh1 İddiaçı pul borcunu ödəyə bilmədiyindən ondan xahiş etmişdir ki, iddiaçıdan borcun ödənilməsi üçün möhlət alınmasını xahiş etsin. Odur ki, oda İddiaçı cavabdehlərə borcun ödənilməsi üçün bir qədər vaxt verilməsini xahiş etmişdir. Hazırda isə cavabdehlər onuda aldatmış və bu günə qədər iddiaçıya olan borclarını qaytarmamışlar. Mülki işdə olan sənədlər: İşdə olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1(004)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı zərər çəkmiş şəxs kimi tanıdılmış və Cavabdeh1 məhkəmədə verdiyi ifadələrində İddiaçı cavabdehlərə 8500 manat miqdarında pul verməsi sübut olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 60 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3 Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə m əsasən araqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının və şahidin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, cavabdehlər iddiaçının etibarından sui-istifadə edərək 8500 manat məbləğində pulunu ələ keçirmişlər. Belə ki, cavabdehlər iddiaçıdan oğlunu işə düzəltmək adı ilə 8500 manat pul almışlar. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər tamah niyyəti ilə onun etibarından sui-istifadə edərək aldatmışlar. Cavabdehlərə verdiyi 8500 manat puldan 4500 manatı cavabdehlər tərəfindən qaytarılsa da, 4000 manatı hələ də geri qaytarılmamışdır. Cavabdehlərin həqiqətən iddiaçıdan 8500 manat pul almaları Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1(004)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündə ifadələrlə və məhkəmə iclasında dindirilən şahid ifadəsi ilə də təstiqini tapmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə işin məhkəməyə veriləcəyi barədə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təstiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təstiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri il pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İddiaçının cavabdehlər tərəfindən hüquqlarının pozulmasına dair sübutları və hüquqlarının pozulmasını təstiqləyən faktları məhkəməyə təqdim etməsi ona dəlalət edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehlərdən borca görə 4000 manat, dövlət rüsumuna görə 60 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə 4000 manat, dövlət rüsumuna görə 60 manat, cəmi 4060 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar