Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-4/2025 25.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər: Zərərin ödənilməsi tələbi) X1 Məhkəmə iclas katibi X3 İddiaçı və onun vəkili Vəkil Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cabbarov Rəşad Alqayıt oğlu və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul tələbinə“ dair iddia ərizəsi üzrə mülki işə 25 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 24287 manat,mənəvi ziyana görə 15000 manat,mütəxəssiz rəyinin verilməsinə görə "xxxx" MMC-yə ödədiyi 500 manat,məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 211 manat cəmi 40498 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirərək sahəsində olan saman otunu mal-qaraya otatdıraraq ona ciddi maddi ziyan vurmuşdular. O mal-qaranı icarə torpaq sahəsindən cıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılığ göstərmişdilər. Zərdab rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin torpaq sahəsinə girişinə qadağa qoyulsada lakin cavabdehlər qərardada əhəmiyyət vermiyərək qərardadın tələblərini pozmuşlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmuş və bunun nəticəsindədə ona maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd edir ki,cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ciddi ziyan vurulmuş və nəticədə açıq ürək əməliyyatı keçirmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etməsinə baxmayaraq cavabdehlər bu günə kimi vurduqları ziyanlığın dəyərini ödəməmişlər. Buna əsasən hazır ki,iddia ilə məhkəməyə müraciət edərək iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaya etiraz: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məkkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdirlər ki, İddiaçı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki,iddiaçının iddia ərizəsində göstərdikləri böhtandır. İddiaçının məqsədi ondan əsaslı şəkildə etdikləri şikayətləri geri götürməyə nail olmaqdır ki, o da cinayət əməllərini davam etdirsin. Belə ki,İddiaçı Zərdab rayonunun Çallı kəndində Bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsində qanunsuz əkin işləri apardığı üçün müvafiq orqanlara şikayətlər etmişlər. Onların şikayət ərizələri əsasında ərazidə aparılan yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Buna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları,Çallı Bələdiyyəsinin imzası ilə 08 sentyabr 2023-cü il tarixdə və 23 sentyabr 2023-cü il tarixdə Akt tərtib edərək baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərmişlər. Bələdiyyəyə məxsus örüş torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün İddiaçı barəsində CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı bu cinayət əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlarla qərəzli yanaşır. Bu səbəbdəndir ki,İddiaçı onlara qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın rədd olunmasın xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun ifadə verərək bildirmişdir ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirərək sahəsində olan saman otunu mal-qaraya otatdıraraq ona ciddi maddi ziyan vurmuşlar. O mal-qaranı icarə torpaq sahəsindən cıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Zərdab rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin torpaq sahəsinə girişinə qadağa qoyulsada lakin cavabdehlər qərardada əhəmiyyət verməyərək qərardadın tələblərini pozmuşlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmuş və bunun nəticəsindədə ona maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd edir ki,cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ziddi ziyan vurulmuş və nəticədə açıq ürək əməliyyatı keçirmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etməsinə baxmayaraq cavabdehlər bu günə kimi vurduqları ziyanlığın dəyərini ödəməmişlər. Buna əsasən hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddiaçının izahatına uyğun ifadə verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ünvandıqları etiraz ərizəsinə uyğun ifadə verərək bildirmişdilər ki, İddiaçı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki,iddiaçının iddia ərizəsində göstərdikləri böhtandır. İddiaçının məqsədi ondan əsaslı şəkildə etdikləri şikayətləri geri götürməyə nail olmaqdır ki, o da cinayət əməllərini davam etdirsin. Belə ki,İddiaçı Zərdab rayonunun Çallı kəndində Bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsində qanunsuz əkin işləri apardığı üçün müvafiq orqanlara şikayətlər etmişdilər. Onların şikayət ərizələri əsasında ərazidə aparılan yoxlama zamanı məlum olmuşdur ki,iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Buna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları,Çallı Bələdiyyəsinin imzası ilə 08 sentyabr 2023-cü il tarixdə və 23 sentyabr 2023-cü il tarixdə Akt tərtib edərək baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərmişlər. Bələdiyyəyə məxsus örüş torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün İddiaçı barəsində CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı bu cinayət əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlara qərəzli yanaşır. Eyni zamanda qeyd etmişdilər ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi faktiki müqavilə əsasında istifadə etdiyi torpaq sahəsi ilə eynilik təşkil etmir. İddiaçının icarəsində olan torpaq sahəsində heç zaman mal-qaralarını otarmamışlar. Mal-qaralarını yalnız kəndin örüş sahələrində otarırlar. İddiaçı məhkəmədə səhv fikir formalaşdırmaq istəyir. Buna əsasən idianın rədd olunmasını xahiş edirlər. Mülki işdə olan sənədlər: İşdə olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 50 ha torpaq sahəsi əkinçiliyin inkişafı üçün İddiaçı icarəyə verilmişdir. İşdə olan etibarnamədən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-Vəkil onu məhkəmədə təmsil etmək üçün etibarnamə verilsədə lakin etibarnamənin müddəti bitmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 06 mart 2024-cü il Qiymətləndirmə rəyindən müəyyən olunur ki,İddiaçı istifadəsində olan 50 hektar əkinçiliyin inkişafı üçün torpaq sahəsi üzərində hüquqlarını yerinə yetirilməsinə maneçilik olduğuna görə 2024-cü il üzrə 20 ha arpa əkini sahəsindən əldə olunması ehtimal olunan (7360,00 (xalis gəlir)+4400,00 (subsidiya))=11760,00 manat,12 ha pambıq əkini sahəsindən əldə olunması ehtimal olunan (5938,00 (xalis gəlir+6589,00 (subsidiya))=12527,00 manat olmaqla cəmi 24287,00 manat məbləğində faydanın əldən çıxması ehtimal olunur. İşdə olan Əldən çıxmış faydanın qiymətləndirilməsinə dair Müqavilədən və müqaviləyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, qiymətləndirmə xidmətinin dəyəri 500 manat müəyyən olunur və pul iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 2(102)-6078/2022 nömrəli Ali Məhkəmənin Qərarından müəyyən olunur ki, iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı “İcarə müqaviləsiniin ləğv olunması” barədə Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(107)-736/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İşdə olan 22 oktyabr 2024-cü il tarixli mütəxəssiz rəyindən və 20 dekabr 2024-cü il tarixli Ekspert rəyindən müəyyən olunur ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş kordinatlar əks olunan yerqurluşu planı mövcud olmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadında göstərilən suallara cavab vermək mümkünsüz olmuşdur İşdə olan mədaxil qəbzlərindən müəyyən olunur ki,iddiaçı işin məhkəmədə baxılması üçün ümumilikdə 211 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinin 1-ci maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. 29.3-cü maddəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 46-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 46-cı maddəsinin 2-ci hissəsinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə görə Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.4-ci maddəsinə görə Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli qərarıbda qeyd olunmuşdur ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11,2008-ci il qərarının 1-ci maddəsində qeyd edilir: “Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci maddəsində qeyd edilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 7-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin qərarın 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndinə görə Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsinin mənəzi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həmdə pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın xarakterini müəyyən etmək için, bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyasi Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə müəyyən edir ki, iddiaçının iddiasının əsasını icarə müqaviləsi əsasında istifadəsində olan 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirə bilməməsi təşkil edir. Məhkəmə iddiaya hissə-hissə qiymət verərək ilk öncə bildirir ki,məhkəmə iş üzrə obyektiv və hüquqi əsaslı qərar qəbul etmək üçün mütəxəssiz rəyi və ekspert rəyi əldə etmişdir. Sözü gedən rəylərdə Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş kordinatlar əks olunan yerqurluşu planı mövcud olmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadında göstərilən suallara cavab vermək mümkünsüz olmuşdur. Eyni zamanda məhkəmə iddiaçının təqdim etdiyi və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə isə bildirir ki,həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tədbiqi məqsədilə, 2023-cü il 30 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Qiymətləndiricilər Palatası yaradılmış və fəaliyyətə başlamışdır. Müvafiq prosedur qaydalarından keçmiş qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan aqp.az saytında yaradılmış reyestrə əlavə olunur. Hazır ki, işdə sübut kimi təqdim olunmuş və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı məhkəmə bildirilir ki, "xxxx" MMC barədə məlumatlar aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Eyni zamanda "xxxx" MMC və ya iddiaçı tərəfindən palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna əsasən məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini etibarsız hesab edir. Eyni zamanda məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi hallarla "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi arasında olan ziddiyətləridə müəyyən edərək bildirir ki,iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4- 5 min ot kipindən məhrum olması ilə əsaslandırsada lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı. Eyni zamanda məhkəmə qeyd edir ki,iş materiallarına əlavə olunmuş ekspert rəyində isə iddiaçının naturada göstərdiyi,faktiki istifadə etdiyini bildirdiyi müvafiq olaraq 31.8 ha torpaq sahəsinin və 19.45 ha torpaq sahələrinin kordinatları götürülmüş və baxış zamanı iddiaçının naturada göstərdiyi kənd təsərrüfatı təyinatlı,örüş uqodiyalı,bələdiyyə mülkiyyətinə aid 31.8 ha torpaq sahəsinin 4.83 ha hissəsində şumlanma işləri aparıldığı mütəxəssiz tərəfindən müəyyən olunmuşdur. Məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə ümumilikdə qiymət verərək bildirir ki,iddia əsassızdır. İddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edib etməməsi faktı müəyyən olunmadığından, qiymətləndirmə rəyinin etibarsız olması,iddia tələbi ilə qiymətləndirmə rəyi arasında ziddiyətlərin olması,eyni zamanda ekspert rəyində iddiaçının naturada göstərdiyi torpaq sahəsindən yalnız 4.83 ha hissəsinin istifadə olunması (şumlanması) və dəymiş maddi ziyanla bağlı əsaslı digər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia maddi ziyan hissəsində rədd olunmalıdır. İddiaçının 15000 manat mənəvi ziyana görə pul tələbinə dair iddiasına münasibətdə isə məhkəmə bildirir ki,iddiaçı öz iddiasının əsasına dair həmin zərərin nədə ifadə olunduğu barədə məhkəməyə hər hansı bir mötəbər sübutları təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Eyni zamanda məhkəmə qeyd edir ki,cavabdehlərin əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi ziyana görə pul tələbi” nə dair iddiası rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-4/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-4/2025
25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver