Məhkəmə qərarları › İş №2(035)-410/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-410/2023

31.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-410/2023 31.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair” mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 qızının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus Zərdab şəhəri, Azərbaycan küçəsində, yerləşən 11 saylı evin, 9 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən dörd otaqlı mənzil ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsusdur. Bu barədə onlara 11.12.207-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh1 İddiaçı1 həyat yoldaşı, Cavabdeh2 isə oğludur. Onlar 2007-ci ildən Zərdab şəhəri 21 saylı qəsəbədə özlərinə məxsus evdə yaşayırlar. Cavabdeh X2 İddiaçı3 övladı, digər iddiaçıların bacısıdır. Xəyalə Allahverdiyeva 2004-cü ildə ailə həyatı quraraq, Zərdab rayonu, Gəlmə kəndinə ərə getmiş və həmin vaxtdan sözügedən mənzildə yaşamamışdır. Cavabdeh4 İddiaçı2 arvadı olmuş, İddiaçı2 və Aygün Xəlilova nikahlarını xx.xx.2005-ci ildə rəsmi qeydə aldırmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 doğulmuşdur. Onlar bir müddət sözügedən mənzildə və Bakı şəhərində yaşamışlar. Zərdab Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2la Aygün Xəlilovanın arasında olan nikah pozulmuşdur. Nikahın məhkəmə qaydasında pozulmasından xeyli əvvəldə cavabdeh Aygün Xəlilova həmin mənzildə yaşamamışdır. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər X4 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, cavabdeh X2 məhkəməyə teleqram göndərərək onun evdən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X4 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən dörd otaqlı mənzil ümumi birgə mülkiyyət hüququ əsasında ona və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 məxsusdur. Cavabdehlər Cavabdeh1 onun arvadı, Cavabdeh2 isə oğlu olmaqla 2007-ci ildən Zərdab şəhəri 21 saylı qəsəbədə özlərinə məxsus evdə yaşayırlar. Cavabdeh X2 onun bacısı, İddiaçı3 qızıdır. Xəyalə Allahverdiyeva 2004-cü ildə ailə qurmuş, Zərdab rayonunun Gəlmə kəndinə gəlin köçmüş, həmin vaxtdan sözügedən mənzildə yaşamır. Cavabdeh4 İddiaçı2la 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları doğulmuş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Aygün Xəlilova ilə İddiaçı2 arasında olan nikah pozulmuş, uşaqlar Aygün Xəlilovanın himayəsində saxlanılmış və həmin vaxtdan cavabdeh Aygün Xəlilova da hazırda sözügedən mənzildə yaşamır. Lakin, buna baxmayaraq cavabdehlər formal olaraq ona və digər iddiaçılara məxsus sözügedən mənzildə qeydiyyatda qalmaqdadırlar. Sözgedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsələr də, cavabdehlərin ona və digər iddiaçılara məxsus mənzildə formal qeydiyyatda qalmaları səbəbindən xüsusi mülkiyyətində olan evə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, 2007-ci ildən ailəsi ilə birlikdə Zərdab şəhəri 21 saylı qəsəbədə yaşayır. Özünün və digər Cavabdeh2 sözügedən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə etirazı yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li, qeydiyyat nömrəsi 270702236, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Çıxarışdan görünür ki, Zərdab şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.058125 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən 76.3 kv.m ümumi, 54.8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 nömrəli mənzil ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2, İddiaçı1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsi tərəfindən hazırkı İddiaçı1 adına verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-120/2-6104/23 saylı arayışdan görünür ki, İddiaçı3, İddiaçı1, Cavabdeh1, X8, X11, Cavabdeh2, İddiaçı2, X7, Cavabdeh4, X1 şəhəri, Azərbaycan küçəsi ev 11, mənzil 9-da qeydiyyatdadırlar. İşdə olan Zərdab rayon Məhkəməsinin 2(035)-740/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı2 ilə Cavabdeh4 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 216 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 Cavabdeh4 yanında saxlanılması qət edilmişdir. İşdə olan cavabdeh X2 tərəfindən məhkəməyə göndərilən və məhkəməyə 22.08.23-cü il tarixdə daxil olmuş teleqramdan görünür ki, o, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə razı olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının: 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun: 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 11 saylı evin, 9 saylı mənzili 43 saylı fərdi yaşayış evi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li, qeydiyyat nömrəsi 270702236, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında hazırki iddiaçılar İddiaçı2 və İddiaçı3 məxsusdur. Cavabdehlər Cavabdeh1 İddiaçı1 arvadı, Cavabdeh2 isə oğlu olmaqla 2007-ci ildən Zərdab şəhəri 21 saylı qəsəbədə özlərinə məxsus evdə yaşayırlar. Cavabdeh X2 İddiaçı1 bacısı, İddiaçı3 qızıdır. Xəyalə Allahverdiyeva 2004-cü ildə ailə qurmuş, Zərdab rayonunun Gəlmə kəndinə gəlin köçmüş, həmin vaxtdan sözügedən mənzildə yaşamır. Cavabdeh4 İddiaçı2la 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları doğulmuş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Aygün Xəlilova ilə İddiaçı2 arasında olan nikah pozulmuş, uşaqlar Aygün Xəlilovanın himayəsində saxlanılmış və həmin vaxtdan cavabdeh Aygün Xəlilova da hazırda sözügedən mənzildə yaşamır. Lakin, buna baxmayaraq cavabdehlər formal olaraq iddiaçılara məxsus sözügedən mənzildə qeydiyyatda qalmaqdadırlar. Sözügedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsələr də, cavabdehlərin iddiaçılara məxsus mənzildə formal qeydiyyatda qalmaları səbəbindən xüsusi mülkiyyətində olan evə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmirlər. Ona görə də iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə prosesinin gedişində cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, haqqında iddia qaldırılan mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçıların adına qeydiyyatdan keçdiyindən məsələnin həlli zamanı mülkiyyətə dair Azərbaycan Respublikası Konstitusiyasının və digər mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı iddia tələbi iddiaçıların qanunla qorunmalı olan hüquq və azadlıqlarına aiddir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, haqqında iddia qaldırılan Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 11 saylı evin 9 saylı mənzil iddiaçıların ümumi birgə mülkiyyətində olduğundan onların həmin ev üzərində mülkiyyət hüququ qorunmalı, iddiaçıların sözügedən mənzillə bağlı sahiblik və istifadə hüququnu həyata keçirməsi ilə yanaşı, həmin mənzilə dair sərbəst sərəncam verə bilmək hüququna da dövlət tərəfindən təminat verilməlidir. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, cavabdehlərin sözügedən evdə qeydiyyatda olması tamamilə formal xarakter daşıyır və onlar üçün heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də təmin edilməlidir. İddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsələr də, köçürülmüş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən 11 saylı evin 9 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar