Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-517/2024 12.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi”) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1ndə yerləşən 117(hazırki 7) saylı ev, 7 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 43.0 kv.m metr, üç otaqdan ibarət olan əvvəlki- 59 nömrəli ev, mənzil 8, hazırki-117(7) nömrəli ev, mənzil 7 atası X5 məxsus olmuş, həmin mənzil Zərdab Rayon Məhkəməsinin 2(035)-538/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun tərəfimdən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş, həmin mənzildə X2nun 28 yanvar 1996-cı il təvəllüdlü oğlu, hazırki Cavabdeh qeydiyyatdadır. Qardaşı X1 Aminə Məbud qızı ilə rəsmi nikahda olmuş, onların birgə nikahlarından iki uşaqları 28 yanvar 1996-cı il təvəllüdlü Cavabdeh və 19 iyun 1998-ci il təvəllüdlü X9 doğulmuşdur. X21 və Aminə Umarova arasında olan nikah Aminə Umarovanın iddiası ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar Təbriz və X15 (analarının) himayəsində saxlanılmışlar. 2009-cu ildən Aminə Umarovanın uşaqlarla birlikdə harada yaşaması barədə məlumatı yoxdur. Sözügedən mənzillə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehin həmin evdə formal qeydiyyatda qalması onun mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Onun sahiblik və istifadə hüququ ilə yanaşı, mənzilə dair sərbəst sərəncam verə bilmək hüququ da dövlət tərəfindən təminat verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvana, eləcə də cavabdehin qeydiyyatda olduğu yer üzrə ünvan 2ar Sahəsinə məhkəmə bildirişi göndərilərək, cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, ünvan 2ar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin ünvan 1 ev 7, mənzil 7-də qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamadığı üçün onun barəsində məhkəmə bildirişinin çatdırılması təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinədüşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 135.5-ci və 185.5-ci maddəsinə əsasən məhkəmə bildirişini çatdırılmış hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 43.0 kv.m metr, üç otaqdan ibarət olan əvvəlki- 59 nömrəli ev, mənzil 8, 117 (hazırki-7) nömrəli ev, mənzil 7 atası X5 məxsus olmuş, həmin mənzil Zərdab Rayon Məhkəməsinin 2(035)-538/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun tərəfimdən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş, həmin mənzildə X2nun 28 yanvar 1996-cı il təvəllüdlü oğlu, hazırki Cavabdeh qeydiyyatdadır. Qardaşı X1 Aminə Məbud qızı ilə rəsmi nikahda olmuş, onların birgə nikahlarından iki uşaqları 28 yanvar 1996-cı il təvəllüdlü Cavabdeh və 19 iyun 1998-ci il təvəllüdlü X9 doğulmuşdur. X21 və Aminə Umarova arasında olan nikah Aminə Umarovanın iddiası ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar Təbriz və X15 (analarının) himayəsində saxlanılmışlar. 2009-cu ildən Aminə Umarovanın uşaqlarla birlikdə harada yaşaması barədə məlumatı yoxdur. Sözügedən mənzillə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehin həmin evdə formal qeydiyyatda qalması onun mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Hesab edir ki, sahiblik və istifadə hüququ ilə yanaşı, evə dair sərbəst sərəncam verə bilmək hüququna da dövlət tərəfindən təminat verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, İddiaçı atası qrafasında atası kimi X10, anası qrafasında X3 yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan Zərdab Rayon Məhkənəsinin 2(035)-538/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, Ömərov (Umarov) Cərulla Cəlil oğlundan miras qalmış ünvan 1ndə yerləşən ümumi sahəsi 43.0 kv.m, üç otaqdan ibarət olan əvvəlki-59 nömrəli ev, mənzil 8, hazırki-117 (7) nömrəli ev, 7 saylı mənzilin ərizəçi İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti ünvan 2ar sahəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsindəki 117(59.4) saylı kommunal binanın 7 saylı mənzilinin sahibi İddiaçı mənzilinin istifadəsi zamanı dövlət borcunu tamamilə ödəmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti ünvan 2ar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X8 və Cavabdeh ünvan 3 ünvanda daimi qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Kostitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1 və 158.1.2-ci maddələrinin mənasına görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 43.0 kv.m metr, üç otaqdan ibarət olan əvvəlki- 59 nömrəli ev, mənzil 8, 117 (hazırki 7) nömrəli ev, mənzil 7 ərizəçinin atası X5 məxsus olmuşdur. İddiaçının atası Cərulla Umarov xx.xx.2006-cı ildə ölmüşdür. Zərdab Rayon Məhkəməsinin 2(035)-538/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən həmin mənzilin iddiaçı tərəfimdən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Sözügedən mənzildə iddiaçının X2nun 28 yanvar 1996-cı il təvəllüdlü oğlu, hazırki Cavabdeh qeydiyyatdadır. İddiaçının qardaşı X1 Aminə Məbud qızı ilə rəsmi nikahda olmuş, onların birgə nikahlarından iki uşaqları 28 yanvar 1996-cı il təvəllüdlü Cavabdeh və 19 iyun 1998-ci il təvəllüdlü X9 doğulmuşdur. İddiaçının X21 və Aminə Umarova arasında olan nikah Aminə Umarovanın iddiası ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar Təbriz və X15 (analarının) himayəsində saxlanılmışlar. İddiaçının 2009-cu ildən cavabdehlə heç bir münasibəti, onun harada yaşaması barədə məlumatı yoxdur. Lakin cavabdeh sözügedən evdə qeydiyyatdadır. İddiaçı sözügedən evlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehin həmin evdə formal qeydiyyatda qalması onun evə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən mənzil iddiaçının adına daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmasa belə, iddiaçının atasına məxsus olduğundan və həmin mənzil iddiaçı tərəfindən Zərdabv Rayon Məhkəməsinin 2(035)-538/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən miras kimi qəbul edildiyindən, iddiaçının mülkiyyətə gözlənti hüquqları olduğundan həmin ev onun da əmlakıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, sözügedən ev ən azından iddiaçının əmlakı olmaqla orada qeydiyyatda olduğundan, o, hazırkı iddianı verməkdə subyektiv hüquqa malikdir. Hazırkı iddia tələbi iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına aid olmaqla qanuni və əsaslıdır, iddianın rədd edilməsi heç bir əsas yoxdur. İddiaçının sözügedən evin sahibi kimi öz evindən (əmlakından) öz istədiyi kimi istifadə etməsinə təminat verilməli və iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1ndə yerləşən 117 (hazırki 7) saylı ev, 7 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-517/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-517/2024
12.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver