Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-619/2023 16.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X3 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi) X14 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X3 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Zərdab şəhəri Ç.Qasımov küçəsində yerləşən 3 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum əri X7 ilə xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahda olduqları müddətdə Zərdab şəhəri Ç.Qasımov küçəsində mənzil inşa edərək birlikdə yaşamışlar. Cavabdeh X8 onun ögəy oğludur. Digər Cavabdeh2 Cavabdeh1 arvadıdır. Hər iki cavabdehlər mərhum əri X4 məxsus Zərdab şəhəri Ç.Qasımov küçəsiində yerləşən 3 saylı evdə pasport qeydiyyatındadırlar. Cavabdehlər heç vaxt sözügedən ünvanda yaşamamşlar. Cavabdehlərlə 10 ildən çoxdur ki, heç bir münasibəti yoxdur, onların harada yaşamaları barədə məlumatı yoxdur. Birinci dərəcəli vərəsə olaraq mülkiyyət üzərində sərəncam vermə hüququndan istifadə edə bilmir. Məhkəmə prosesinin gedişində İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, X9 və X2 Zərdab şəhəri, Ç.Qasımov küçəsində yerləşən 3 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1990-cı ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, X21ə məxsus ünvan 1 ünvanda hazırda qeydiyyatdadır. X21 xx.xx.2014-cü ildə vəfat etmişdir. Sözügedən ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmasa belə, hələ 1989-cu ildə mərhum X21 tərəfindən öz vəsaiti hesabına tikildiyindən (yeni əşya kimi yaradıldığından) həmin ev mərhum X21in əmlakı olmuşdur. Hazırda özü həmin evdə yaşayır, sahiblik və istifadə edir. Cavabdeh1 X21in birinci nikahdan olan oğludur. Cavabdehlər Fərid Məmmədzadə və Nərmin Hüseynova Cavabdeh1 övladlarıdır. Cavabdehlər heç vaxt sözügedən evdə yaşamamışlar, lakin himin evdə qeydiyyatdadırlar. Sözügedən evlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin həmin evdə formal qeydiyyatda qalmaları onun evə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Hesab edir ki, sahiblik və istifadə hüququ ilə yanaşı, evə dair sərbəst sərəncam verə bilmək hüququna da dövlət tərəfindən təminat verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X7 ilə X13 arasında Zərdab rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 117 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqında arayışdan görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Ev kitabından görünür ki, Zərdab şəhəri, Ç.Qasımov küçəsi 3 saylı ev X4 məxsusdur. İşdə olan Zərdab rayon Polis Şöbəsi tərəfindən hazırkı İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-120/2-14319/23 saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, X9 və X1 şəhəri Ç.Qasımov küçəsi ev 3-də qeydiyyatdadırlar. İşdə olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış 04/209 saylı məktubdan görünür ki, X5, X9 və X1 şəhəri, Ç.Qasımov küçəsi, ev 3 ünvanda qeydiyyatda olmalarına baxmayaraq uzun illərdir Zərdab şəhərində yaşamırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Kostitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1 və 158.1.2-ci maddələrinin mənasına görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və X21ə məxsus Zərdab şəhəri Ç.Qasımov küçəsində yerləşən 3 saylı evə gəlin gəlmişdir. İddiaçının X21 xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı hazırda sözügedən evdə yaşayır, sahiblik və istifadə edir. Cavabdehlər Cavabdeh1 iddiaçının X21in birinci nikahdan olan övladıdır, digər cavabdehlər X9 və X10 Cavabdeh1 övladlarıdır. Cavabdehlər heç vaxt sözügedən evdə yaşamamışlar, iddiaçının uzun illərdir cavabdehlərlə heç bir münasibəti, onların harada yaşamaları barədə məlumatı yoxdur. Lakin cavabdehlər sözügedən evdə qeydiyyatdadırlar. İddiaçı sözügedən evlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin həmin evdə formal qeydiyyatda qalmaları onun evə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmasa belə, iddiaçının əri tərəfindən tikildiyindən (yeni əşya kimi yaradıldığından), iddiaçının mülkiyyətə gözlənti hüquqları olduğundan həmin ev onun da əmlakıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, sözügedən ev ən azından iddiaçının əmlakı olmaqla orada qeydiyyatda olduğundan, o, hazırkı iddianı verməkdə subyektiv hüquqa malikdir. Hazırkı iddia tələbi iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına aid olmaqla qanuni və əsaslıdır, iddianın rədd edilməsi heç bir əsas yoxdur. İddiaçının sözügedən evin sahibi kimi öz evindən (əmlakından) öz istədiyi kimi istifadə etməsinə təminat verilməli və iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X9 və X2 Zərdab şəhəri, Ç.Qasımov küçəsində yerləşən 3 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-619/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-619/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver