Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-623/2024 25.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Maddi və mənəvi zərərin ödənilməsi tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1590 manat məbləğində pul tələbinin və 250 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 25 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ilə məhkəməyə müraciət edərək cavabdehdən bir baş iri buynuzlu erkək danasınıın ölməsi səbəbi ilə ona dəymiş maddi ziyana görə 1500 manat, mənəvi zərərə görə 250 manat, dəfələrlə Ağsu rayonundan Zərdab Rayon Məhkəməsinə avtomobillə gəlib-getməyi ilə bağlı xərclədiyi yol xərcinə görə 700 manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat olmaqla, cəmi 2490 manat pulun cavabdehdən alınaraq ona ödənilməsiniə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı kənd təsərrüfatı işləri ilə məşğul olmaqla iri buynuzlu və xırda buynuzlu mal-qara saxlayır. Onun X5 Səməd oğlu taksi fəaliyyəti ilə məşğul olduğu üçün iddiaçı ona çoban lazım olması barədə məlumat vermişdir. X8 ona bildirmişdir ki, Əşrəf adlı bir nəfər şəxs, çoban işləməsi üçün cavabdeh X2 məsləhət bilmişdir. Əşrəf adlı şəxs cavabdehin yaxşı çoban olmasını məsləhət bildiyi üçün iddiaçı cavabdehi çoban kimi işə götürmüşdür. O, cavabdehin çoban işləməyə gətirilməsi üçün Əşrəf adlı şəxsə 100 manat, cavabdehin taksi ilə gəlməsi üçün 150 manat və cavabdehə isə 300 manat pul vermişdir. Cavabdeh onun yanında çoban kimi işləməyə başladıqdan sonra isə cavabdeh müxtəlif bəhanələrlə ondan müxtəlif vaxtlarda borc şəklində 800 manat əlavə pul almışdir. Cavabdeh xx.xx.2020-ci ildə iddiaçıya məxsus 150 kq bir baş iribuynuzlu erkək dananı şor kanalında suda batırdıqdan sonra, iddiaçıya demişdir ki, guya heyvanı itirmiş və tapa bilməmişdir.İddiaçı isə cavabdehə bildirmişdir ki, onun 150 kq iribuynuzlu erkək danasının qiyməti təxminən 1500 manatdır. Cavabdeh iddiaçıdan xahiş edərək bildirmişdir ki, 1500 manat borcundan 200 manatını ona bağışlasın, lakin, 1300 manat pulu işləyib, hər ay 100 manat olmaqla iddiaçıya ödəyəcəkdir. Lakin, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehin yaşadığı evə səhər tezdən getdikdə, ona məlum olmuşdur ki, cavabdeh özünə məxsus ehtiyatları yığaraq evdən getmişdir. İddiaçı cavabdehin yaşadığı evə dəfələrlə getsədə, lakin, cavabdehi evində tapa bilməmişdir. Hesab edir ki, cavabdeh onun bir baş iribuynuzlu erkək danasını qəsdən öldürməklə ona maddi ziyan vurmuşdur. Beləliklə, o, hesab edir ki, cavabdeh ona maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə 250 manat,iddiaçının gediş-gəlişi üçün yol xərci olaraq ödədiyi 700 manat, olmaqla cəmi 2490 manat məbləğində ziyan vurmuşdur. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun Ağsu rayonunun Gəgəli kəndində qışlaq sahəsində kiçik təsərrüfatı olmaqla iri və xırda buynuzlu mal-qara saxlayır. X1 çobana ehtiyacı olması barədə məlumat vermişdir.X8 ona bildirmişdir ki,Əşrəf adlı bir nəfər şəxs, çoban işləməsi üçün Cavabdeh məsləhət bilmişdir.Əşrəf adlı şəxs cavabdehin yaxşı çoban olmasını məsləhət bildiyi üçün, o, cavabdehi işə götürmüşdür. O, cavabdehin çoban işləməyə gətirilməsi üçün Əşrəf adlı şəxsə 100 manat, cavabdehin taksilə gəlməsi üçün 150 manat və cavabdehin özünə isə 300 manat pul vermişdir. Cavabdeh onun yanında çoban kimi işləməyə başladıqdan sonra isə cavabdeh ondan müxtəlif vaxtlarda borc şəklində 300 manat, 150 manat, 200 manat pul almışdır. Cavabdeh xx.xx.2020-ci ildə ona məxsus 150 kq bir baş iribuynuzlu erkək danasını qəsdən şor kanalında suda batırdıqdan sonra, axşam gələrək ona demişdir ki, guya heyvanı itirmiş və tapa bilməmişdir. O, isə cavabdehə bildirmişdir ki, onun 150 kq iribuynuzlu erkək danasının qiyməti 1500 manatdır.Sonradan isə cavabdeh iribuynuzlu erkək dananın onu çox incitməsi səbəbi ilə heyvanı şor kanalında batırmasını etiraf etmişdir. Cavabdeh ondan xahiş edərək bildirmişdir ki, 1500 manat borcundan 200 manatını ona bağışlasın, qalıq borcu olaraq 1300 manat pulu işləyib hər ay 100 manat olmaqla ödəyəcəkdir. Lakin, cavabdeh işə çıxmadığı üçün o, cavabdehin yaşadığı evə səhər tezdən getdikdə, ona məlum olmuşdur ki, cavabdeh özünə məxsus ehtiyatları yığaraq evdən qaçmışdır. O, cavabdehin yaşadığı evə dəfələrlə getsədə, lakin, cavabdehi evində tapa bilməmişdir. O, hesab edir ki, cavadeh onun bir baş iribuynuzlu erkək danasını qəsdən öldürməklə ona maddi və mənəvi ziyan vurmuşdur. O, hesab edir ki, cavabdeh tərəfindən ona vurmuş olduğu maddi ziyana 1500 manat, mənəvi zərərə görə 250 manat, gediş-gəlişi üçün yol xərci olaraq ödədiyi 700 manat, olmaqla cəmi 2490 manat təşkil edir. Həmin məbləğin könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, ödəniş təmin edilməmişdir. Dəfələrlə cavabdehdən həmin məbləği geri ödəməsini tələb etsə də, bu günədək ona heç bir ödəniş etməmişdir. Ona görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında göstərmişdir ki, iddiaçı onun qonşusu olmaqla həmkəndlisidir. İddiaçı Ağsu rayonunun Gəgəli kəndində qışlaq sahəsində kiçik təsərrüfatı olmaqla iri buynuzlu və xırda buynuzlu mal-qara saxlayır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün iddiaçı ona çobana ehtiyacı olması barədə məlumat vermişdir. Əşrəf adlı bir nəfər şəxs, ona çoban işləməsi üçün Cavabdeh məsləhət bilmişdir. Əşrəf adlı şəxs isə cavabdehin yaxşı çoban olmasını iddiaçıya məsləhət bildiyi üçün cavabdehi işə götürmüşdür.İddiaçı isə ona 150 manat, Əşrəf adlı şəxsə 100 manat, cavabdehə 300 manat pul vermişdir.O hər gün iddiaçı ilə əlaqə saxladığı üçün iddiaçı bir baş iribuynuzlu erkək dananın cavabdeh tərəfindən şor kanalında batırılması haqqında ona məlumat vermişdir.Cavabdehin hadisədən sonra anidən olaraq mənzili tərk edərək yoxa çıxması onu deməyə əsas verir ki iddiaçıya məxsus bir baş iribuynuzlu erkək dananın şor kanalında suda bataraq ölməsi cavabdehin günahıdır. Mülki işdə olan sənədlər: İşdə olan Şirvan Ticarət Kompleksinin direktoru R.Şıxıyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 053 saylı arayışdan görünür ki, 2024-cü ilin sentyabr ayına çəkisi 320-330 kq olan bir baş iri–buynuzlu erkək dananın bazar qiyməti 2000 -2100 manat arası qiymətləndirilmişdir. İşdə olan Ağsu Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki,İddiaçı “Şəkərli diabet,tip 2,ağır forma” xəstəliyindən əziyyət çəkir İşdə olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət büdcəsinə ümumilikdə 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24-cü maddəsinin 3-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4—ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işüzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı araşdırılan iddia ərizəsindən, iddiaçının və şahidin izahatından, iş matereallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, iddiaçı Ağsu rayonunun Gəgəli kəndində qışlaq sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olmaqla iri buynuzlu və xırda buynuzlu mal-qara saxlayır.Məhkəmə iddiaçının iddisanı hissələrə bölərək hesab edir ki,iddiaçı qismən haqlıdır. Belə ki,iddiaçının və məhkəmə iclasında dindirilən şahidin ifadəsindən məlum olur ki,cavabdehin hərəkət və hərəkətsizliyi səbəbi ilə iddiaçıya məxsus çəkisi 150 kq olan bir baş iri buynuzlu erkək dana şor kanalına düşərək məhv olmuşdur və bununlada cavabdeh mülki hüquq pozuntusuna yol verməklə (delikt) iddiaçıya maddi zərər vurmuşdur. Mülki Məcəllənin müvafiq maddəsinin normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır Qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən edilir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir.Eyni zamanda cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İddiaçının mənəvi zərərə görə 250 manat və yol xərcinə görə 700 manat pul istəməsinə münasibətdə isə məhkəmə bildirir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması,sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Lakin iddiaçı iddia ərizəsində və məhkəmə baxışı zamanı cavabdehin ona hansı şəkildə mənəvi zərur vurmasını,bu zərərin onda necə biruzə verməsi və s buna oxşar hallarla bağlı məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. İddiaçının yol pulu xərcinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki,idiaçı bununla bağlı da hər hansısa qəbz və s sübut iş materiallarına əlavə edə bilməmişdir. Ümumilikdə isə məhkəmə hesab edir ki.700 manat pul xərci real deyil və bu səbəbdən rədd olunmalıdır. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda adı çəkilən maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya dəymiş maddi ziyana görə 1500 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 40 manat, cəmi 1540 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-623/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-623/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver