Məhkəmə qərarları › İş №2(035)-637/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-637/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-637/2025 21.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi”) X3 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 87.80 kv.m olan mənzil onun xüsusi mülkiyyətindədir. Buna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ona 16 dekabr 2019-cu il tarixdə qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Mənzil tam şəkildə onun mülkiyyətində olsa da Cavabdeh1 və Cavabdeh2 onun evində qeydiyyatdadırlar. Həmin şəxslər heç bir vaxt həmin ünvanda yaşamamışlar. Onların həmin evə qeydiyyata düşmələri yalnız texniki səhvdir. Həmin şəxslər ona məxsus evdə qeydiyyatda olduqları üçün o, mülkiyyət üzərində sərəncam vermə hüququnu itirmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab şəhəri, Xətai küçəsi ünvanında yerləşən 3 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. O, həmin evdə doğulmuş və hazırda da həmin evdə yaşayır. Cavabdehlər iddiaçı ilə qonşudurlar, heç vaxt sözügedən evdə yaşamamışlar. Cavabdehlərin öz evləri var və onlar öz evlərində yaşayırlar. Lakin, buna baxmayaraq cavabdehlər formal olaraq onun evində qeydiyyatda qalmaqdadırlar. Sözgedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin ona məxsus evdə formal qeydiyyatda qalmaları səbəbindən iddiaçı xüsusi mülkiyyətində olan evə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Hesab edir ki, sahiblik və istifadə hüququ ilə yanaşı, evə dair sərbəst sərəncam verə bilmək hüququna da dövlət tərəfindən təminat verilməlidir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudurlar. Eyni ünvanda yəni ünvan 3mışlar. Səhv etmirsə hazırda yaşadıqlar ev nömrələri 16-dır. Hazırki iddia məhkəməyə verildikdən sonra bilmişlər ki, onlar da iddiaçı ilə bir ünvanda qeydiyyatdadırlar. Bu səhv onlara aid deyil. Digər Cavabdeh1 anasıdır, 90 yaşı var. Heç bir yerə çıxa bilmir. Özü də işi ilə əlaqədar vaxt tapa bilmir. Səhvi kim edibsə özləri də düzəliş etsin. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 313 saylı arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab şəhəri, Xətai küçəsi, ev //3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Asan-Ağcabədi tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, hazırkı cavabdehlər Cavabdeh1 və X1 hazırkı İddiaçı məxsus ünvan 5 ünvanda qeydiyyatdadırlar. İşdə olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 623 saylı arayışdan görünür ki, xx.xx.1934-cü il təvəllüdlü Zərdab şəhər sakini Cavabdeh1 və xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 hal-hazırda ünvan 7 ünvanda qeydiyyatda olmalarına baxmayaraq ünvan 8dab rayon Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh2 ünvanlanmış 287 saylı məktubdan görünür ki, anası Cavabdeh1 adından onun adına məhkəmə orqanlarında iştirak etmək üçün ofisdən kənar etibarnamə verilməsinə dair ərizəsinə cavab olaraq bildirilmişdir ki, anası Cavabdeh1 fəaliyyət qabiliyyəti olmadığı üçün, fikrini ifadə edə bilmədiyi üçün və etibarnaməni imzalaya bilmədiyi üçün etibarnamə tərtib etmək mümkün deyildir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Kostitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab şəhəri, Xətai küçəsi ev //3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. İddiaçı evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin həmin ünvanda formal qeydiyyatda qalmaları səbəbindən evə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdehlərin sözügedən evdə qeydiyyatda olmaları tamamilə formal xarakter daşıyır və onlar üçün heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Hazırkı iddia tələbi iddiaçının qanunla qorunmalı olan hüquq və azadlıqlarına aiddir. Haqqında mübahisə qaldırılan Zərdab şəhəri, Xətai küçəsi ev //3 hazırda xüsusi mülkiyyət hüququ üzrə iddiaçının tam mülkiyyətində olduğundan onun həmin ev üzərində mülkiyyət hüququ qorunmalı, onun sözügedən evlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirməsi ilə yanaşı, həmin fərdi yaşayış evinə dair sərbəst sərəncam verə bilmək hüququna da təminat verilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Nəticə: Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 11 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 11 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar