Məhkəmə qərarları › İş №2(035)-729/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-729/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-729/2024 19.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi- Vəkil Cavabdeh Maraqlı şəxs Məlikli Bələdiyyəsinin iştirakı ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxs Məlikli Bələdiyyəsinə qarşı “su arxının yerinin iddiaçının qüvvə və vəsaiti hesabına dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və Maraqlı şəxs Məlikli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ona və onun ailə üzvlərinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinə gedən, ümumi istifadədə olan su arxının yerinin iddiaçının qüvvə və vəsaiti hesabına dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi- Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək iddiaçının cavabdeh X1 və Məlikli Bələdiyyəsinə qarşı “su arxının yerinin iddiaçının qüvvə və vəsaiti hesabına dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə mübahisəni məhkəmədən kənar həll etdikləri üçün 2(035)-729/2024 saylı işin icraata xitam verməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasınada 2(035)-729/2024 saylı işin icraata xitam verməsinə etiraz etmədikləri bildirmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və 2(035)-729/2024 saylı mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi 2(035)-729/2024 saylı işin icraatına xitam verilməsini xahiş etdiyi üçün hazırki iş üzrə işin icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 261,0.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh və Maraqlı şəxs Məlikli Bələdiyyəsinə qarşı “su arxının yerinin iddiaçının qüvvə və vəsaiti hesabına dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(035)- 352/2021 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar