Məhkəmə qərarları › İş №2(035)-814/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-814/2025

15.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-814/2025 15.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi X Maraqlı şəxs oğuna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsinə əsasən mülki iş üzrə (Açar sözlər: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əhmədova Nəzrin Xasay qızının katibliyi ilə Ərizəçi X Maraqlı şəxs oğuna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsi üzrə mülki işə 15 oktyabr 2025-ci il Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan 425,5 manat (vergilər üzrə 96,34 manat, faizlər üzrə 289,16 manat, maliyyə sanksiyası üzrə 40 manat) məbləğində borcun, Dövlət Sosial Müdafiə Fonduna olan 2509,62 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 0,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxs X2 Edənlər Birliyinin icra orqanının rəhbəri olan Maraqlı şəxs nun (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəycisi olan X2 Edənlər Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə 425,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 96,34 manat, faizlər üzrə 289,16 manat, maliyyə sanksiyası üzrə 40 manat) Dövlət Sosial Müdafiə Fonduna 2509,62 manat, İcbari Tibbi Sığorta Fonduna 0,07 manat olmaqla, ümumilikdə 2935,19 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********331000, xx.xx.2025-ci il tarxili **********545800, xx.xx.2025-ci il tarixli **********943500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, ərizəçi və maqraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin əriəzçi iş matreallarına əlavə edilmiş ərizədə işə onların iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, marqlı şəxs isə məhkəməyə şifahi məlumat verərək işləri ilə əlqədar məhkəmə iclasa gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********545800 nömrəli bildirişdən görünür ki, 16 iyul 2025-ci il tarixinə X1 Edənlər Birliyinin muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə dövlət büdcəsinə ümumilikdə 3541,19 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********545800 nömrəli bildirişdən görünür ki, 16 iyul 2025-ci il tarixinə X1 Edənlər Birliyinin icbari tibbi sığorta haqqları üzrə dövlət büdcəsinə ümumilikdə 99,15 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********331000 nömrəli bildirişdən görünür ki, 22 iyul 2025-ci il tarixinə X1 Edənlər Birliyinin dövlət büdcəsinə ümumilikdə 925,21 manat vergi borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********545800 nömrəli, xx.xx.2025-ci il tarixli, **********545800 nömrəli və xx.xx.2025-ci il tarixli, **********331000 nömrəli bildirişlərdən görünür ki, X1 Edənlər Birliyinin dövlət büdcəsinə olan borcunun 5 gün müddətində ödənilməsi və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, X1 Edənlər Birliyinin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur və o, Zərdab rayonu, Məlikli kəndində yaşayır. İş materiallarında olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, X1 Edənlər Birliyinin dövlət büdcəsinə olan 4301,85 manat borcunun 15 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borcun ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs X2 Edənlər Birliyinin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi nəticəsində onun dövlət büdcəsinə olan 425,5 manat məbləğində borcun, Dövlət Sosial Müdafiə Fonduna olan 2509,62 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 0,07 manat məbləğində borcunun olması, edilmiş xəbərdarlıqlara baxmayaraq həmin borcun ödənilməməsi faktı tam olaraq müəyyən edilmişdir. Ona görə də, ərizə təmin edilərək borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Dövlət büdcəsinə olan 425,5 manat məbləğində borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 2509,62 manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 0,07 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxs X2 Edənlər Birliyinin icra orqanının rəhbəri olan Maraqlı şəxs (təvəllüdüxx.xx.1959-cü il, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, seriyası-AZE, nömrəsi-0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydad Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar