Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-830/2024 06.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X5 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 06 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1378 manat pulun müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(035)-73/2021 saylı qətnaməsinə əsasən X3,Cavabdeh1,X4,Cavabdeh2 və iddiaçının özündən vurulmuş maddi zərərə görə 3240 manat,dövlət rüsumuna görə 30 manat,cəmi 3270 manat məbləğində pul müştərək qaydada alınaraq X2 ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldığı üçün icraya yönəlmişdir. Sözügedən icra sənədi üzrə tələb tam olaraq təmin edilmiş və Zərdab rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədinin icraatına xitam verilmişdir.Bildirir ki,icra sənədi üzrə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməli olan borcu ödəmədikləri səbəbindən onlara aid olan borc iddiaçının əmək haqqısından tutulmuşdur. Hal-hazırda cavabdehlərin ona 1344 manat borcu qalmışdır. Dəfələrlə cavabdehlərə borcu qaytarmalarını bildirsədə onlar müxtəlif bəhanələr gətirərək borclu olduqları 1344 manat pulu qaytarmamışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir,ki Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(035)-73/2021 saylı qətnaməsinə əsasən 3240 manat pul onlardan müştərək qaydada tutularaq X2 ödənilməli idi. Lakin rəsmi iş yeri olmadığı üçün pulu ödəyə bilməmişdir. İddiaçı pulu ödədikdən sonra ondan ödədiyi pulu geri tələb etmədiyi üçün ona olan borcunu ödəməmişdir. İddiaçıya olan borcunu hissə-hissə ödəməyə hazırdı. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianı qəbul etdiyini və borcunu hissə hissə ödəməyə hazır olduğunu bildirmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında Qərardan müəyyən olunur ki,Zərdab Rayon Məhkəməsinin 2(035)-73/2022 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli № 3/222, xx.xx.2022-ci il tarixli № 3/223, xx.xx.2022-ci il tarixli № 3/1196, xx.xx.2022-ci il tarixli № 3/1336, xx.xx.2022-ci il tarixli № **********/534040216, xx.xx.2023-cü il tarixli № **********/554896151, xx.xx.2023-cü il tarixli № **********/567906938, xx.xx.2023-cü il tarixli № **********/571775568, xx.xx.2023-cü il tarixli № **********/592199307, xx.xx.2023-cü il tarixli № **********/605799699, xx.xx.2023cü il tarixli № **********/612200604, xx.xx.2023-cü il tarixli № **********/629881683, xx.xx.2023-cü il tarixli № **********/643746284 nömrəli ödəniş tapşırıqlarından müəyyən olunur ki,İddiaçı 2(035)-73/2022 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 2.016,19 manat məbləğində pul X1 xeyrinə tutularaq ona ödənilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindənən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 34 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26.1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 509.1-ci maddəsinə əsasən Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddia təmin olunmalıdır.İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının iddiası mümkün iddiadır. Eyni zamanda məhkəmə qeyd edir ki,iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin 2 (035)-73/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı və cavabdehlər daxil olmaqla ümumilikdə 5 cavabdehdən 3270 manat pul müştərək qaydada tutularaq X2 ödənilməlidir. İddiaçı və digər cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirsədə lakin hazır ki,iş üzrə cavabdehlər öhdəliklərini icra etməmişdir.Cavabdehlərdən müştərək qaydada tutulmalı olan pul iddiaçıdan tutulduğundan iddiaçı ödəmiş olduğu pulu geriyə tələb (reqress) hüququ vardır. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki,cavabdehlərdə iddiaya qarşı etirazlarını bildirməmiş əksinə iddianı qəbul edərək hissə-hissə ödəniş etməyə hazır olduqlarını bildirmişdilər. Məhkəmə iş materiallarına və tərəflərin izahatlarına məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1344 manat pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 34 manat məbləğində pulda cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1344 manat və 34 manat dövlət rüsumu olmaqla, cəmi 1378 manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-830/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-830/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver