Məhkəmə qərarları › İş №2(036)-106/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-106/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-106/2023 26.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2021-ci il tarixdə, saat 17-00 radələrində Cavabdeh idarə etdiyi «Vaz 21063» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İmişli şəhəri ərazisində «Mitsubishi L 200» minik markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə 3693,20 manat məbləğində sığorta ödənişi edildiyini göstərərək həmin məbləğin və 57,0 manat dövlət rüsumunun alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən Cavabdeh idarə etdiyi «Vaz 21063» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2021-ci il tarixdə, saat 17-00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq «Mitsubishi L 200» minik markalı **- PR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli 095607 nömrəli Sığorta Aktının surətinə əsasən **********7 nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2020-xx.xx.2021 sığorta müddətində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış «Mitsubishi L 200» minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə İmişli şəhəri ərazisində «Vaz 21063» minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma nəticəsində yaranmış sığorta hadisəsində "xxxx" MMC-yə dəymiş zərər 3793,20 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 3793,20 manat təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 3079 saylı Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti xx.xx.2021-ci il tarixli 095607 nömrəli Sığorta Aktına əsasən "xxxx" MMC-nin hesabına 3793,20 manat ödəmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1988 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı «Mitsubishi L 200» minik markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 2859,0 manat məbləğində müəyyən olunmuşdur. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qqanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2859,0 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 48,59 manat alınıb İddiaçı Sığorta Şirkəti ASCyə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 2859,0 (iki min səkkiz yüz əlli doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 48,59 (qırx səkkiz manat, əlli doqquz qəpik) manat alınıb İddiaçı Sığorta Şirkəti ASC–nin hesabına keçirilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar