Məhkəmə qərarları › İş №2(036)-1096/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1096/2020

20.05.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1096/2020 20.05.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktının düzgün olmamasının müəyyən edilməsi və doğum akt qeydində düzəliş edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək x4 Beyləqan rayon Milabad kənd icra nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 20 dekabr 1991-ci il tarixli 166 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydininin ata qrafasında Ərizəçi Əmirasdan oğlu və ana qrafasında x2 qeyd edilməsinin düzgün olmamsı faktının müəyyən edilməsi və həmin doğum akt qeydinə düzəliş edilməklə ata qrafasında Ərizəçi, ana qrafasında isə x1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zərifə Əmrahova onun qızıdır. Qızının doğum haqqında akt qeydinin ata qrafasında səhvən onun atasının adı Əmirasdan, arvadının soyadı isə Əmrahova kimi qeyd edilmişdir. Qeyd olunan yalnışlıqlara görə qızı Zərifə Əmrahova şəxsiyyət vəsiqəsi ala bilmir, hətta şəxsiyyət vəsiqəsi olmadığına görə öz adından məhkəməyə də müraciət edə bilməmişdir. Həmin yalnışlıqların aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəlişlər edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli rəydən görünür ki, Maraqlı şəxsrizəçi Ərizəçi doğum haqqında akt qeydlərinə düzəliş edilməsindən imtina etmişdir. İş materiallarında olan Beyləqan rayon Milabad kənd icra nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 20 dekabr 1991-ci il tarixli 166 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydinin çıxarışından görünür ki, x4 doğum haqqında akt qeydinin ata qrafasında atasının ata adı Əmirasdan, ana qrafasında isə anasının soyadı Əmrahova kimi göstərilməklə yalnışlığa yol verilmişdir. İş materiallarından görünür ki, ərizəçi və onun arvadına aid bütün sənədlərdə ərizəçinin ata adı Əmrasdan, arvadının soyadı isə Əmirahova kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 439.1-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, x4 Beyləqan rayon Milabad kənd icra nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 20 dekabr 1991-ci il tarixli 166 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydininin ata qrafasında Ərizəçi Əmirasdan oğlu və ana qrafasında x2 qeyd edilməsinin düzgün olmamsı faktı müəyyən edilməli, həmin doğum akt qeydinə düzəliş edilməklə ata qrafasına Ərizəçi, ana qrafasına isə x3 qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. x4 Beyləqan rayon Milabad kənd icra nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 20 dekabr 1991-ci il tarixli 166 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydininin ata qrafasında Ərizəçi Əmirasdan oğlu və ana qrafasında x2 qeyd edilməsinin düzgün olmamsı faktı müəyyən edilsin. Həmin doğum akt qeydinə düzəliş edilməklə ata qrafasına Ərizəçi, ana qrafasına isə x3 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar