Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-129/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh6 qarşı “torpaq sahəsinin naturada bölünməsi” iddiasına, ərizəsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh6 qarşı X7, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 və özünə **********14 nömrəli çıxarışla birgə mülkiyyətlərinə verilmiş İmişli rayonunun Xoşşobanlı kəndində yerləşən 2,8278 ha torpaq sahəsindən payının naturada müəyyən edilib ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı torpaq islahatı zamanı onların ailə üzvlərinə - İddiaçı və keçmiş ailə üzvləri X7, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 İmişli rayonunun Xoşçobanlı kəndində 2,8278 ha çöl pay torpaq sahəsi verilmişdir. Bunu təsdiq edən Daşınma Əmlakın Dövlət Reyestrinin çıxarışı olduğunu bildirir. X3 xx.xx.1998-ci ildə Azərbaycan Respublikası İmişli rayonu Xoşçobanlı kəndində miokart infarktı səbəbindən və anası X4 xx.xx.2003-cü ildə Azərbaycan Respublikası İmişli rayonu Xoşçobanlı kəndində ağciyər ödemi səbəbindən vəfat etmişlər.Quliyeva Quluş kazım oğlunun ölüm haqqında xx.xx.1998-ci il tarixdə 03 №-li akt qeydi və X1 ölüm haqqında xx.xx.2003-cü il tarixdə 10 №-li akt qeydi tərtib olunmuşdur. Hər ikisinin ölümünün qeydə alındığı yer İmişli rayon Xoşçobanlı kəndidir. Sonradan isə o, ailə quraraq Ağdam rayonuna köçmüşdür.Həmin vaxtdan onun torpaq sahəsindən cavabdehlərin istifadə etdiyini bildirir. Cavabdehlər ona islahat zamanı ayrılmış torpaq payını verməmiş və İddiaçı torpaq sahəsinə buraxmamışlar. İddiaçı aidiyyəti orqanlara müraciət edib və ona torpaq payının ayrılıb verilməsi üçün məhkəməyə müraciət edilməli olduğunu bildiriblər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2,8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1/10 hissə (0,28278 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması mümkündür. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********14 reyestr nömrəsi ilə İddiaçı, X7, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qedyiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/4677 nömrəli 23 avqust 2024-cü il tarixli rəyindən görünür ki, İmişli rayonu Xoşçobanlı kənd sakinləri X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məxsus 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdüdları (sərhədləri) müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri və qonşu JN 190 və JN189 saylı Dövlət aktında qeyd edilən torpaq mülkiyyətçilərinə məxsus torpaq sahələrinin ərazisi müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1/10 hissə (0.28278 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması mümkündür. Qeyd olunan ümumi birgə mülkiyyətdə olan 2.8278 ha torpaq sahəsindən payının müəyyən edilərək ayrılmasını tələb edən iddaçı İddiaçı payına düşən 0.28278 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. "Daşınmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X12 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-45/2-3131/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İmişli rayonu Xoşçobanlı kənd sakinləri X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məxsus 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdüdları (sərhədləri) müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri və qonşu JN 190 və JN189 saylı Dövlət aktında qeyd edilən torpaq mülkiyyətçilərinə məxsus torpaq sahələrinin ərazisi müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1/10 hissə (0.28278 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması mümkündür. Qeyd olunan ümumi birgə mülkiyyətdə olan 2.8278 ha torpaq sahəsindən payının müəyyən edilərək ayrılmasını tələb edən iddaçı İddiaçı payına düşən 0.28278 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, İmişli rayonu Xoşçobanlı kənd sakinləri X9, X5, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məxsus 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdüdları (sərhədləri) müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri və qonşu JN 190 və JN189 saylı Dövlət aktında qeyd edilən torpaq mülkiyyətçilərinə məxsus torpaq sahələrinin ərazisi müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1/10 hissə (0.28278 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması mümkündür. Qeyd olunan ümumi birgə mülkiyyətdə olan 2.8278 ha torpaq sahəsindən payının müəyyən edilərək ayrılmasını tələb edən iddaçı İddiaçı payına düşən 0.28278 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli torpaq sahəsinə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə torpaq sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyi sübut kimi qəbul edilməlidir və mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan, mövcud iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən (№ **********) görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə məhkəmə xərclərinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehlərdən 100 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı İmişli rayonu Xoşçobanlı kəndi ərazisində yerləşən 2.8278 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi **********14) 1/10 yəni, 0.28278 ha hissəsi naturada ayrılaraq ona verilsin. 100 (yüz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8, Cavabdeh6 alınaraq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8, Cavabdeh6 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-129/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-129/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver