Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1393/2023 05.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq A 830465 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı aparılarkən İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi altı nəfərdən ( İddiaçı, X5, Cavabdeh1, X3, X6 və X4) ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN 130 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən plan üzrə ümumi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə A 830465 nömrəli planda göstərilmiş koordinatlar üzrə yeri təyin olunan həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində **********48 reyestr nömrəsi ilə qeydiyyatda alınmışdır. İddiaçı evləndikdən sonra Oğuz rayonu, Top kəndinə köçərək Cavabdeh1 ailə üzvləri sırasından çıxmışdır. Hazırda torpaq sahəsinin birgə istifadəsi ilə bağlı payçılarla ümumi razılığa gəlmək mümkün olmamışdır. Ona görə də, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində **********48 reyestr nömrəsi ilə qeydiyyatda alınmış A 830465 nömrəli planda yeri təyin olunan İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh1 iddia tələbini qəbul edərək göstərmişdir ki, torpaq islahatı aparılarkən İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun altı ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN 130 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən plan üzrə ümumi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə A 830465 nömrəli planda göstərilmiş koordinatlar üzrə yeri təyin olunan həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində **********48 reyestr nömrəsi ilə qeydiyyatda alınmışdır. İddiaçı evləndikdən sonra Oğuz rayonu, Top kəndinə köçərək onun ailə üzvləri sırasından çıxmışdır. Hazırda torpaq sahəsinin birgə istifadəsi ilə bağlı İddiaçı ilə razılığa gəlmək mümkün olmamışdır. Ona görə də, A 830465 nömrəli planda yeri təyin olunan İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı düşən payın naturada ayrılmasına tərəfdardır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 830465 nömrəli planda yeri təyin olunan İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********48 reyestr nömrəsi ilə xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X5, Cavabdeh1, X3, X6 və X1 adına qeydiyyata alınmışdır. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə **********48 reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyatda alınmış A 830465 nömrəli planda yeri təyin olunan İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T D İ : İddia tələbi təmin olunsun. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə **********48 reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyatda alınmış A 830465 nömrəli planda yeri təyin olunan İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi naturada ayrılıb İddiaçı şəxsi verilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov .
Məhkəmə qərarları › İş №2(036)-1393/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1393/2023
05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver