Məhkəmə qərarları › İş №2(036)-1398/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1398/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1398/2023 20.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh2 qızı, Qasımov Adı̇ l Bəhruz oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasimov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında yerləşən yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh2 qızı, Qasımov Adı̇ l Bəhruz oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasımov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızının istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 221 ünvanında xüsusi mülkiyyətində yaşayış evi vardır. Hazırda evində qeydiyyatda olan şəxslər haqqında məlumat istədikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda göstərilir ki, onun evində ailə üzvlərindən əlavə 14 nəfər şəxs- Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh2 qızı, Qasımov Adı̇ l Bəhruz oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasimov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızı adlı şəxslər qeydiyyatdadır. Onların yaşadıqları ev İmişli şəhərində başqa evdir. Səhvən qeyd olunan mənzilə qeydiyyata düşmüşlər. Ona görə də İmişli Rayon Polis Şöbəsinə məlumat ərizə verib xahiş etmişdir ki, cavabdehlər ona məxsus olan yaşayış evindən qeydiyyatdan çıxarılsınlar. Lakin, İmişli Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bundan imtina edilərək göstərilmişdir ki, qeydiyyatda olan şəxslərin həmin ünvanda yaşayış hüququna xitam verilməsi üçün məhkəməyə müraciət edilməlidir. Həmin şəxslər onun ailə üzvləri olmayıb, heç vaxt onun evində yaşamamışlar. Cavabdehlər həmin evə vəzifəli şəxslər tərəfindən qanunsuz olaraq qeydiyyata alınmışlar.

3. İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında yerləşən yaşayış sahəsi 0,049940 hektar torpaq sahəsi üzərində 4 otaqlı, ümumi sahəsi154,60 kvm-dən ibarət olmaqla X1 xüsusi mülkiyyətindədir.

4. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışla müəyyən olur ki, Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh2 qızı, Qasımov Adı̇ l Bəhruz oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasimov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızı iddiaçı X1 xüsusi mülkiyyətində olan İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında qeydiyyatdadırlar.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.

7. Cavabdehlər Cavabdeh12, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh13 teleqramla məhkəməyə müraciət edərək bildirmişlər ki, onlar İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 221 ünvanında qeydiyyatdadırlar və həmin evdən qeydiyyatdan çıxarılmalarına etiraz etmirlər.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Prosessual Məcəllə

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında yerləşən yaşayış sahəsi 0,049940 hektar torpaq sahəsi üzərində 4 otaqlı, ümumi sahəsi154,60 kvm-dən ibarət olmaqla X1 xüsusi mülkiyyətindədir..

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

24. Cavabdehlər faktiki olaraq başqa-başqa ünvanlarda yaşayırlar və mübahisəli mənzillə heç bir bağlılıqları olmadığı halda yaşadıqları mənzildə deyil, iddiaçıya məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı, iddiaçının mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirməsini məhdudlaşdırır.

25. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

26. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

30. Mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

31. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir".

34. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

35. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

36. Məhkəmə nəzərə alır ki, İddiaçı yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlərin isə mübahisəli yaşayış mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır.

37. Eyni zamanda iş materiallarından məlum olur ki, Cavabdeh2 qızı xx.xx.2010-cu il, Qasımov Adı̇ l Bəhruz oğlu xx.xx.2011-ci il və Cavabdeh6 xx.xx.2014-cü il təvəllüdlü olmaqla mübahisəli yaşayış evində qeydiyyatdadırlar.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

39. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

40. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.

41. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

42. Həmin qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

43. Cavabdeh2 qızı xx.xx.2010-cu il, Qasımov Adı̇ l Bəhruz oğlu xx.xx.2011-ci il və Cavabdeh6 xx.xx.2014-cü il təvəllüdlüdür və onlar azyaşlı omaqla yetkinlik yaşına çatmamışdır. Qanunla on səkkiz yaşı tamam olmuş şəxslər fəaliyyət qabiliyyətli hesab olunur. Lakin iş üzrə istifadə hüququna xitam verilməsi tələb olunan Cavabdeh2 qızı, Qasımov Adı̇ l Bəhruz oğlu və Cavabdeh6 qanunvericiliyə əsasən prosessual fəaliyyət qabiliyyətli deyildirlər. Hazırki halda onların prosessual fəaliyyət qabiliyyəti olmadığından iddia tələbinin onlara aid hissədə əsası yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilib, cavabdehlər Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasimov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızının İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və iddia qalan hissədə isə təmin olunmamalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 Adı̇ l oğlu və digərlərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasimov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızının iddiaçı X1 xüsusi mülkiyyətində olan İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh1 Adı̇ l oğlu, Cavabdeh2 qızı, Qasımov Adı̇ l Bəhruz oğlu, Cavabdeh4 Qabı̇ l oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Adı̇ l oğlu, Qasımov Qabı̇ l Museyı̇ b oğlu, Qasımova Fatı̇ mə Qabı̇ l qızı, Qasımov Fərı̇ d Alı̇ m oğlu, Cavabdeh11 Alı̇ m oğlu, Cavabdeh12, Qasimov Alı̇ m Museyı̇ b oğlu və Qasımova Yenı̇ gül Maqsut qızının İmişli şəhəri, Heydər Əliyev prospekti ev 221 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar