Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1438/2023 12.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək İmişli Rayon Yaşılaşdırma İdarəsinin dövlət büdcəsinə 1700,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 5746,64 manat olmaqla, ümumilikdə 7446.65 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə ünvanlayaraq işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılıb, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək göstərdi ki, hazırkı mübahisə predmeti üzrə İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-3536/2022 saylı qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin İmişli Rayon Yaşılaşdırma İdarəsinin dövlət büdcəsinə 1700,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 5746,64 manat olmaqla, ümumilikdə 7446.65 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməmişdir. Həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. İmişli RİHB-nin 82 nömrəli 11 avqust 2020-ci il tarixli sərəncamı ilə İmişli Rayon Yaşılaşdırma İdarəsi və digər idarələrinin bazasında İmişli Mənzil Kommunal X2 yaradılmışdır. Hazırda İmişli Rayon Yaşılaşdırma İdarəsi müstəqil hüquqi şəxs kimi mövcud deyildir və fəaliyyət göstərmir. İmişli Mənzil Kommunal X1 135 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs hal-hazırda İmişli Mənzil Kommunal X1 Yaşıllaşdırma sahəsində nəzarətçi vəzfiəsində işləyir. Beləliklə, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Yaşılaşdırma İdarəsi və digər idarələrinin bazasında İmişli Mənzil Kommunal X2 yaradılmış, hazırda İmişli Rayon Yaşılaşdırma İdarəsi müstəqil hüquqi şəxs kimi mövcud deyildir və fəaliyyət göstərmir. Maraqlı şəxs isə hazırda İmişli Mənzil Kommunal X1 Yaşıllaşdırma sahəsində nəzarətçi vəzfiəsində işləyir. Hazırki iddia tələbi və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-3536/2022 saylı qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin İmişli Rayon Yaşılaşdırma İdarəsinin dövlət büdcəsinə 1700,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 5746,64 manat olmaqla, ümumilikdə 7446.65 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməməsi barədə iş üzrə tələb eyni predmet barəsində, eyni tərəflər arasında və eyni əsaslar üzrə mübahisə olduğu müəyyən olur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.2-ci maddələrinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia tələbinə mahiyyəti üzrə baxıla bilməz və hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-1438/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1438/2023
12.05.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver