Məhkəmə qərarları › İş №2(036)-1495/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1495/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1495/2023 30.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli 26 saylı nikah akt qeydinin pozulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 2005-ci ildə el adəti ilə evlənmiş və nikahları xx.xx.2009-cu il tarixdə rəsmi qaydada qeydə alınmışdır.Onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 adında uşaqları doğulmuş və münasibətləri pozulduğundan bir müddət bundan qabaq ayrılmışlar.Tərəflər arasındakı ər-arvad münasibətlərinin bundan sonra bərpa olunması mümkün deyil.Bundan sonra Cavabdeh ilə aralarında olan ər-arvad münasibətlərinin bərpa olunması mümkün deyil.Tərəflərin eyni mənzildə yaşamaları səbəbindən birgə nikahdan doğulmuş uşaqların kiminlə qalması və maddi cəhətdən təmin olunmaları ilə bağlı aralarında heç bir mübahisə yaxdur.Ona görə də, Cavabdeh ilə aralarında olan nikahın pozulması barədə iddia qaldırmışdır. İşdə olan AZ-İ №504075 saylı «nikah haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İİ №465538 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 Yaşar Eynulla oğlundan törəmişdir. İşdə olan AZ-İİ №465539 saylı «doğum haqqında şəhadətnamənin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 Yaşar Eynulla oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında razılıq olmadıqda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış rəsmi nikah pozulmalı, boşanmadan sonra xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 azyaşlı olduqlarından ana qayğısına daha çox ehtiyacları olduqları üçün İddiaçı yanında qalmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 26 saylı nikah akt qeydi pozulsun. Boşanmadan sonra xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçı yanında qalsınlar. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar