Məhkəmə qərarları › İş №2(036)-1633/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1633/2024

04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1633/2024 04.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X7, İddiaçı – cavabdeh İmişli Mənzil-Kommunal X2rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı İmişli Mənzil-Kommunal X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İmişli Mənzil Kommunal X1 mənzil kirayəsi və kommunal xərclərə görə 157,91 manat pul tələbinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən göstərilmişdir ki, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Paşayev ünvanıma bildiriş və icraata başlamaq haqqında qərar göndərərək ondan 157,91 manat məbləğində pul vəsaitinin alınaraq İmişli Mənzil Kommunal X3 hesabına ödənilməsi barədə qərarın könüllü icrasını tələb etmiş, qərar könüllü icra edilməyəcəyi halda əlavə tədbirlərin görüləcəyini qeyd etmişdir. Qərar və bildiriş xx.xx.2023-cü il tarixdə imzalansa da, ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qərar onunla əsalandırılmışdır ki, İmişli Mənzil-Kommunal X3 11,05.2023-cü il tarixdə İmişli rayonu Tofiq İsmayılov küçəsi, bina 7, mənzil 6 ünvanında qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü (şəxsiyyət vəsiqəsi-AZE ********) İddiaçı 157,91 manat məbləğində pul vəsaitinin aınaraq İmişli Mənzil-Kommunal X3 hesabına ödənilməsi barədə 20 nömrəli qərar qəbul etməklə həmin qərarın icrası üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İmişli Mənzil-Kommunal X5 “İnzibati icaat haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə istinad edərək göstərmişdir ki, İddiaçı bildiriş və xəbərdarlıq göndərilsə də onun tərəfindən 157.91 manat mənzil kirayəsi və kommunal xərclərə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyindən, həmin Qanunun 82.2- ci maddəsinə əsasən tələb icraya yönəldilməlidir. Aşağıdakılara əsasən İmişli Mənzil- Kommunal X3 “pul tələbinin ödənilməsi haqqında” qərarını qanunsuz hesab edir. İmişli rayonu Tofiq İsmayılov küçəsi, bina 7, mənzil 6 ünvanında olan mənzil mənim xüsusi mülkiyyətimdədir, mənzilə hər hansı bir xidmət göstərilməsi barədə İmişli Mənzil- Kommunal X5 ilə aralarında heç bir müqavilə bağlanmamışdır. İmişli Mənzil-Kommunal X1 tələb etdiyi mənzil kirayəsi və kommunal xərclərə görə yaranmış borcun nədən ibarət olduğunu və nə vaxt yarandığını bilmir. Digər kommunal xərclər (elektrik, qaz və su) isə onun tərəfindən mütəmadi olaraq ödənilir və hal-hazırda da borcu yoxdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərinin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə əsasında bu mənzillərə (evlərə) xidmət göstərə bilərlər. İkinci, İmişli Mənzil-Kommunal X3 özünün də qeyd etdiyi “İnzibati icaat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1ci maddəsində göstərilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatı”nda da Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birlikləri inzibati orqanlar siyahısına daxil edilməmişdir. Yəni, İmişli Mənzil-Kommunal X5 inzibati orqan deyil və onun qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı da inzibati akt olmadığından “İcra haqqında” Qanunun 6-cı maddəsinə əsasən İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən icrası tələb edilə bilməz. İddia ərizəsinə əlavə edərək bildirirəm ki, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli qərarı üzrə borcun məndən alınması barədə xx.xx.2023-cü il tarixli icra sənədinin ləğv edilməsi barədə Şirvan inzibati məhkəməsinə etdiyim müraciət, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-3056/2024 saylı qəradadı ilə mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən tələb müqavilədən, mülki münasibətlərdən doğan öhdəlik olduğunu nəzərə alaraq iddiaçı aidiyyət qaydalarına uyğun olaraq hazırkı iddia ilə bağlı olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət edə bilər. Cavabdeh İmişli Mənzil Kommunal X1 mənzil kirayəsi və kommunal xərclərə görə 157,91 manat pul tələbinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları və qanuna inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən: 1.6 Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. 1.7. Yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 1.8. Yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri: ...... 3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. ....... 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Belə ki, göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyəti başçısının vəzifələrinin siyahısında göstərilmişdir ki, müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir və dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Bütün bunları icra hakimiyyəti orqanın tabeliyində olan qurumlar, o cümlədən İmişli Mənzil-Kommunal X2rşı “İmişli Mənzil Kommunal X5 vasitəsi ilə həyata keçrir. Qeyd edilən fəaliyyət isə idarəçilik, imperativlik xarakteri daşıyır və könüllük prinsipinə əsaslanmır. İddia ərizəsinə əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(120)-3056/2024 nömrəli qərarından görünür ki, iddiaçı həmin iddia tələbində hazırda mübahisələndirdiyi İmişli Mənzil Kommunal X1 mənzil kirayəsi və kommunal xərclərə görə 157,91 manat pul tələbinə dair xx.xx.2023-cü il tarixli qərarını deyil, cavabdeh qismində İmişli rayon İcra və Probasiya Şöbəsini göstərməklə, onun xx.xx.2023-cü il tarixli icra sənədini mübahisələndirmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh İmişli Mənzil Kommunal X5 ilə arasında heç bir müqavilə olmaması göstərilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə olamdığı üçün mülki hüquqi münasibətlər yaran bilməzdi. İmişli Mənzil Kommunal X3 iddiaçı tərəfindən mübahisələndirilən hərəkəti inzibati akt formasında qəbul edilmişdir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə göstərilən yazılı inzibati aktın rekvizitlərinə uyğun olmaqla hakimiyyət tədbiri kimi çıxış etmişdir. Həmçinin, mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.2-ci maddəsinə əsasən icraya yönəldilmişdir və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və bununla da inzibati aktın əsas göstəricilərindən olan hüquqi nəticə yaratmaq əlaməti reallaşmışdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, İddiaçı İmişli Mənzil-Kommunal X2rşı cavabdeh İmişli Mənzil Kommunal X1 mənzil kirayəsi və kommunal xərclərə görə 157,91 manat pul tələbinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin ona ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və həmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı – cavabdeh İmişli Mənzil Kommunal X2rşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar