Məhkəmə qərarları › İş №2(036)-1690/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1690/2021

16.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1690/2021 16.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Bəcrəvan kənd soveti tərəfindən 24.01.1989-cu ildə tarixdə tərtib olunmuş 10 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin “07.01.1989”-cu ildən “xx.xx.1989”-cu il tarixə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1989-cu ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. 23.01.2018-ci il tarixdə alınan şəxsiyyət vəsiqəsində, xarici pasportunda və digər sənədlərdə doğum tarixi xx.xx.1989-cu il kimi yazılmışdır. Yeni şəxsiyyət vəsiqəsi almaq istədikdə məlum olmuşdur ki, doğum akt qeydində doğum tarixi 07.01.1989-cu il yazılmışdır. Qeyd olunan akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydində düzəliş edilməsindən imtina etmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından olan XİV-JQ 345160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 yanvar 1989-cu ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İş materiallarından olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 646497 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X6 arasında nikah 03 may 2011-ci il tarixdə Maraqlı şəxs tərəfindən bağlanmış və həmin nikah 248 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X4 “Mustafayeva” soyadı verilmişdir. İş materiallarından olan C02404855 nömrəli ümumvətəndaşlıq pasportunun surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli rəydən görünür ki, İmişli rayon Bəcrəvan kənd soveti tərəfindən 24.01.1989-cu ildə tarixdə tərtib olunmuş 10 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin “07.01.1989”-cu ildən “xx.xx.1989”-cu il tarixə düzəliş edilməsindən imtina edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuşdur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi İmişli rayon Bəcrəvan kənd soveti tərəfindən 24 yanvar 1989-cu il tarixdə tərtib olunmuş 10 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilərək doğum tarixi xx xxxxxx 1989-cu il kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İmişli rayon Bəcrəvan kənd soveti tərəfindən 24 yanvar 1989-cu il tarixdə tərtib olunmuş 10 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilərək doğum tarixi xx xxxxxx 1989-cu il kimi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar