Məhkəmə qərarları › İş №2(036)-1776/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1776/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1776/2024 08.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı3 Cavabdeh qarşı "birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilib, naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı3 Cavabdeh qarşı "birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilib, naturada ayrılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DƏDRX-nin tərəfindən verilmiş Seriya MH ******* saylı çıxarışla ümumi birgə mülkiyyətlərində olan İmişli rayonu Əliqulular kəndində yerləşən 7.6225 ha çöl torpaq sahəsindən paylarının müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə tarixə təyin edilmiş iclaslara gəlməmişlər. Bundan başqa, iddiaçılar işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı3 Cavabdeh qarşı "birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilib, naturada ayrılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar