Məhkəmə qərarları › İş №2(036)-1929/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1929/2021

06.08.2021 · Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1929/2021 06.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18 oktyabr 1976-cı il təvəllüdlü qardaşı X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 18 oktyabr 1976-cı ildə anadan olmuş qardaşı X8 narkomaniya xəstəliyindən əziyyət çəkir. Həsən özünü idarə edə bilmir, evdə, küçədə özünü normal aparmır. Ona daim nəzarət etmək məcuriyyətindədir. Qardaşı əvvələr narkomaniyadan müalicə olunsa da, tam sağalmamışdır. Hazırda xəstəliyi daha da şiddətlənmişdir. Bu xəstəliyin təsiri nəticəsində Həsən hər an ağır cinayət hadisəsi törədə bilər. O, narkomaniyadan könüllü müalicəyə getmək istəmir, onu xəstəxanaya aparmaq mümkün deyildir. Hazırda vəziyyəti çox pisdir və onun məcburi müalicəyə cəlb edilməsi zərurəti vardır. Ona görə də 18 oktyabr 1976-cı il təvəllüdlü qardaşı X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, X4 hazırkı psixi vəziyyətinin onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli rayon məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(036)- 4014/2017 saylı qətnaməsindən görünür ki, 18 oktyabr 1976-cı il təvəllüdlü X2-tibb müəssisəsinə məcburi qaydada yerləşdirilmişdir. İş materiallarında olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 2491 saylı göndərişindən görünür ki, X5 “narkoman” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 995 saylı arayışdan görünür ki, 18 oktyabr 1976-cı təvəllüdlü X3 RMX-ın X7 şöbəsində “narkoman” diaqnozu ilə dispanser qeydiyyatındadır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X2 Mərkəzə könüllü surətdə yerləşdirilməsindən imtina etmişdir. «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4cü bəndinə əsasən, narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. Həmin Qanunun 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstələrin müalicəsi bir qayda olaraq könüllülük əsasında həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə valideynlərinin və ya onun qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Həmin Qanunun 19.4.3 - 19.4.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı narkotik vasitələrdən və psixotrop maddələrdən süi-istifadə edən şəxslər, narkomanlığa düçar olan şəxslər, bihuşedici maddələrdən sui-istifadə edən şəxslər narkoloji xəstələrin və insan psixikasına təsir göstərən maddələrdən sui–istifadə edən şəxslərin qeydiyyatını aparır. Həmin Qanunun 21.2-1-ci bəndinə əsasən cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası MPM-in 352-ci maddəsinə əsasən, öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Həmin Məcəllənin 353-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, 18 oktyabr 1976cı il təvəllüdlü X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 oktyabr 1976-cı il təvəllüdlü X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məcburi yerləşdirilsin. X1 narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar