Məhkəmə qərarları › İş №2(039)-1089/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1089/2022

04.05.2022 · Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1089/2022 04.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ərizəçi maraqlı orqan Yevlax rayon X4 Hüquqi şəxs Ailə Sağlamlıq X1rşı «şəxsin narkoloji-tibbi müəssisəsinə məcburi yerləşdirilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Yevlax rayon X4 Hüquqi şəxs Ailə Sağlamlıq X1rşı «şəxsin narkoloji-tibbi müəssisəsinə məcburi yerləşdirilməsi» haqqında ərizə ilə müraciət edərək, oğlu X2 müvafiq narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun doğma oğludur. X7 dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhərində yerləşən narkoloji dispanserlərində müalicədə olmuşdur. Dilavər Bayramov son vaxtlar narkotikdən vəziyyəti pisləşmiş, o, evdə tez-tez əsəbiləşib pis hallara düşür. Evdə narahatçılıq yaradır. Narkoloji dispanserdə stasionar müalicəyə ehtiyacı vardır. Hal-hazırda X7 çox gərgin vəziyyətə olduğuna görə onun müvafiq narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı orqan Yevlax rayon X4 Hüquqi şəxs Ailə Sağlamlıq Mərkəzinin Narkoloji Kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı orqan Yevlax rayon X4 Hüquqi şəxs Ailə Sağlamlıq Mərkəzinin Narkoloji Kabinetinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji Kabineti tərəfindən 31 mart 2022-ci il tarixdə verilmiş 464 saylı arayışdan görünür ki, Yevlax şəhəri, F.Kərimov küçəsi 116 saylı evin sakini 1991-ci il təvəllüdlü X3 06 aprel 2012-ci il tarixdən Narkoloji Kabinetdə dispanser qeydiyyatındadır. Hal-hazırda onun stasionar müalicəyə ehtiyacı var. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 18 saylı evlər komitəsi tərəfindən 16 fevral 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Yevlax şəhəri, F.Kərimov küçəsi 116 saylı evdə oğlu X3 ilə yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2022-ci il tarixdə verilmiş 509 saylı arayışdan görünür ki, X3 23 noyabr 1991-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji Kabineti tərəfindən 31 mart 2022-ci il tarixdə verilmiş 464 saylı arayışdan görünür ki, X3 06 aprel 2012-ci il tarixdən Narkoloji Kabinetdə dispanser qeydiyyatındadır. Vaxtaşırı Respublika Narkoloji Dispanserində stasionar müalicə alır. Hal-hazırda onun məcburi stasionar müalicəyə ehtiyacı var. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- 1-ci maddəsinə əsasən cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 352.1-ci maddəsinə əsasən Öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 352.2-ci maddəsinə əsasən Ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin həkimməsləhət komissiyasının əsaslandırılmış rəyi əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 353.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. Beləliklə, məhkəmədə aydın olur ki, X3 narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. 2012-ci ildən Narkoloji kabinetdə qeydiyyatdadır. Narkotik vasitələrin istifadəsində asılılıq yaranmışdır. Ailə üzvlərinə maddi və mənəvi zərər vurur. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 23 noyabr 1991-ci il təvəllüdlü X2 narkoloji-tibbi müəssisəsinə məcburi yerləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23 noyabr 1991-ci il təvəllüdlü X3 narkoloji-tibbi müəssisəsinə məcburi yerləşdirilsin. Qətnamə 23 noyabr 1991-ci il təvəllüdlü X2 narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar