Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-20/2025 03.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlu sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Nuranə Büsat qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "iddiaçıya və cavabdehlərə İmişli rayonu, Şahverdili kəndində Torpağa mülkiyyət hüququna dair JN-450 kod 90703028 nömrəli Dövlət Aktı ilə torpaq islahatı zamanı birgə mülkiyyətə verilmiş İmişli rayonu, Şahverdili kəndində yerləşən 2,68 ha pay torpaq sahəsindən payın naturada müəyyən edilib iddiaçıya verilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "iddiaçıya və cavabdehlərə İmişli rayonu, Şahverdili kəndində Torpağa mülkiyyət hüququna dair JN-450 kod 90703028 nömrəli Dövlət Aktı ilə torpaq islahatı zamanı birgə mülkiyyətə verilmiş İmişli rayonu, Şahverdili kəndində yerləşən 2,68 ha pay torpaq sahəsindən payın naturada müəyyən edilib iddiaçıya verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "iddiaçıya və cavabdehlərə İmişli rayonu, Şahverdili kəndində Torpağa mülkiyyət hüququna dair JN-450 kod 90703028 nömrəli Dövlət Aktı ilə torpaq islahatı zamanı birgə mülkiyyətə verilmiş İmişli rayonu, Şahverdili kəndində yerləşən 2,68 ha pay torpaq sahəsindən payın naturada müəyyən edilib iddiaçıya verilməsi" tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2(036)-20/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-20/2025
03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver