Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2053/2021 23.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon VADQ şöbəsi tərəfindən tərtib edilmiş 30 aprel 2001-ci il tarixli, 117 nömrəli doğum haqqında akt qeydində qızı Ayselin soyadının “Məstalızadə”-dən “Məstəlizadə”-yə, ata adının “Fayıq”-dan “Faiq”-ə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qızı Aysel 16 mart 1999-cu il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. Bu yaxınlarda qızına şəxsiyyət vəsiqəsi almaq istədikdə məlum olmuşdur ki, onun doğum akt qeydində soyadı “Məstalızadə” ata adı “Fayıq” kimi yazılmışdır. Onun ərinin adı Faiqdir. Həmin yalnışlıqların aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəlişlər edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci ildə İmişli rayonun Qızılkənd kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 08362014 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27 mart 1973-cü ildə İmişli rayonun Qızılkənd kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X6 ilə Ərizəçi arasında nikah 03 iyul 1996-cı il tarixdə Maraqlı şəxs tərəfindən bağlanmış və həmin nikah 05 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ 087050 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 mart 1999-cu il tarixdə İmişli rayonunun Qızılkənd kəndində doğulmuş, atası X6, anası Ərizəçidır. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş rəydən görünür ki, İmişli rayon VADQ şöbəsi tərəfindən 30 aprel 2001-ci il tarixdə tərtib olunmuş 117 nömrəli doğum haqqında akt qeydində düzəliş imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, İmişli rayon VADQ şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 30 aprel 2001-ci il tarixdə 117 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində X1 və ata adının X3 qeyd edilməsinin düzgün olmaması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İmişli rayon VADQ şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 30 aprel 2001-ci il tarixdə 117 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində X1 və ata adının X3 qeyd edilməsinin düzgün olmaması faktı müəyyən edilsin. Həmin doğum haqqında akt qeydinə düzəliş edilərək X2 “Məstəlizadə”, ata adı “Faiq” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2053/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2053/2021
23.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver