Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2097/2020 25.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi Məhkəmə iclasının katibi Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1543,25 manat məbləğində borcun və xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumunun və ümumilikdə cəmi 1563,25 (bir min beş yüz altmış üç manat, iyirmi beş qəpik) manat borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(036)-2057/2018 saylı məhkəmə əmrinə əsasən İmişli rayonunun Məmmədli kəndində yaşayan Cavabdeh 1543,25 manat və 20 manat dövlət rüsumunun, cəmi 1563,25 manat borcun tutularaq İddiaçı MMC-nin xeyrinə verilməsi əmr edilmişdir. İmişli rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(036)-2057/2018 saylı qərardadı ilə Cavabdeh etirazına əsasən İmişli rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(036)-2057/2018 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh İddiaçı MMC birgə müəssisəsi ilə bağladığı abunə müqaviləsinə əsasən ona 51-996-76-46 nömrə və “iPhone 7 (32 gb)” telefonu 24 ay hər ay müəyyən müddət abunə müqaviləsinin əlavəsində nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilmişdir. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Abunə müqaviləsinin əlavəsinin 3-cü bəndinə uyğun olaraq, abunəçi əldə etdiyi cihazın müqabilində 12 ay ərzində hər ay ƏDV daxil 109 manat aylıq haqq ödəyəcəkdir. Hər hansı səbəbdən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya abunə müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda bu əlavədə göstərilən cədvəldə müəyyən edilmiş cərimə məbləğini tam ödəyəcəkdir. Lakin üç faktura üzrə borclar ödənilmədiyindən fakturaya aylıq borcdan başqa cihazın dəyəri də, yəni ƏDV daxil olmaqla abunəçinin cəmi borcu 1543,25 manat təşkil etmişdir. Borclunun öz borcunu ödəməsinin son tarixi xx.xx.2017-ci il müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alıb, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə edilmiş müqavilənin surətindən görünür ki, borclu Cavabdeh İddiaçı MMC birgə müəssisəsi ilə bağladığı abunə müqaviləsinə əsasən ona 51-996-76-46 nömrə və “iPhone 7 (32 gb)” telefonu 24 ay hər ay müəyyən müddət abunə müqaviləsinin əlavəsində nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilmişdir. İşə əlavə edilmiş hesab-fakturanın və cari hesab arayışının surətlərindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1543,25 qəpik abunə borcu vardır. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə abunəmüqaviləsinəəsasənöz üzərinə götürdüyü öhdəliklərivaxtındavə lazımınca icra etməyərək, nəticədəİddiaçı MMC-yə ödənilməli olan əsas borcuödəməmişdir. AzərbaycanRespublikasıMM-nin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəməişmateriallarınınəzərdənkeçiribhesabedirki, Cavabdeh İddiaçı MMC-nin rabitə xidmətlərindən istifadə edərək müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, mülki işə iddia icraatı qaydasında yenidən baxılması ilə yanaşı iddianın qiymətinin 500 manatdan çox olması nəzərə alınmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq cavabdehdən əlavə olaraq 10 manat məbləğində pul tutulub dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 1543,25 manat məbləğində borc və 20 manat dövlət rüsumu, cəmi 1563,25 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə verilməli, əlavə olaraq cavabdehdən 10 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1543,25 manat borc və 20 manat dövlət rüsumu, cəmi 1563,25 (bir min beş yüz altmış üç manat, iyirmi beş qəpik) manat borc tutulsun İddiaçı MMC-nin xeyrinə verilsin. Əlavə olaraq Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə X1 apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2097/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2097/2020
25.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver