Məhkəmə qərarları › İş №2(036)-2242/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2242/2025

07.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2242/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar cavabdehə qarşı torpağa mülkiyyət hüququna dair **********12 saylı reyestr nömrəli çıxarış ilə birgə paylı mülkiyyətlərində olan İmişli rayonu, Muradxanlı kəndində yerləşən 4,3168 ha torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsi və naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, ümumi birgə mülkiyyətçilərdən X2 xx.xx.2013-cü il tarixdə ölmüş, onun əmlakını əri Cavabdeh idarə edir və cavabdeh Hacıyev X1 rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəmə İddiaçı1 izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki iş aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Blə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarına əsasən daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1 və 32.3-cü maddələrinə müvafiq olaraq işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə mülki işə Ağcabədi Rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 32.5 və 32.6-cı maddələrinə müvafiq olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 35.1, 45, 263, 264, 267, 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar