Məhkəmə qərarları › İş №2(036)-2350/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2350/2020

19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2350/2020 19.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 6 saylı X1rşı “əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və paylı mülkiyyət hüququnun müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 6 saylı X4 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və sözügedən əmlaka dair hər birinin arı-ayrılıqda 1/3 hissədə paylı mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2004-cü ildə faktiki evlənmişlər, 2005-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı2 2004-cü ildən etibarən İmişli rayonunun gövhərli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ev iki ailənin yaşaması üçün yararlı olmadığından öz vəsaitləri hesabına ev təmir etdirmiş, sahəsini genişləndirmiş və həyətyanı sahəsini abadlaşdırmışlar. Onların həmin evdə böyük əməyi olmuşdur. Lakin Cavabdeh1 onların icazəsi olmadan xx xxxxxxx 2011-ci il tarixdə həmin evin öz mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 6 saylı X2 çıxarış almışdır. Hesab edirlər ki, onların həmin evə hər birinin arı-ayrılıqda 1/3 hissədə paylı mülkiyyət hüququ vardır. Lakin həmin evdən onlara düşən pay müəyyən edilmədən cavabdeh qanunsuz olaraq evi öz adına rəsmiləşdirməklə onların mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də hesab edirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 6 saylı X4 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli və həmin evə dair onların hər birinin paylı mülkiyyəti 1/3 hissə ilə müəyyən edilmlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdilər və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi tam olaraq əsassızdır belə ki, iddiaçılar onun mülkiyyətində olan fərdi yaşayış evindən pay almaq üçü həmin evə dair verilmiş çıxrışın etibarsız hesab edilməsini tələb edirlər. Halbu ki, o həmin evə dair çıxarışı qanuni əsaslarla əldə etmişdir. Bundan əlavə o, İmişli rayon məhkəməsinə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, hakim Ülvi Qənbərovun sədrliyi ilə işə baxılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 4000 manat kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İddiaçılar həmin qətnamədən apelyasiya və kassasiya şikayətləri vermişlər, lakin şikayətləri təmin edilməmiş qətnamə qüvvəsində saxlanılmışdır. Məhkəməninqanuni qüvvəyə minmiş qətnaməsi icra olunması üçün icraya yönəldilmişdir. İddiaçılar həmin qətnamənin icrasını yubatmaq üçün əsassız iddia qaldıraraq icranı dayandırmışlar. Hazırkı mülki işə baxılıb qurtardıqdan sonra o, məhkəmə qətnaməsini icra edərək iddiaçılara 4000 manat kompensasiya ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan Seriya MA ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X4 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonunun Gövhərli kəndində yerləşən 0,120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 141,8 kv/m olan fərdi yaşayış evi **********91- 10301 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportunun surətinə əsasən **********91-10301 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmış İmişli rayonunun Gövhərli kəndində yerləşən 0,120135 ha torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 109,0 kv/m, yardımçı sahəsi 32,3 kv/m, ümumi sahəsi 141,8 kv/m olan fərdi yaşayış evi 1993-cü ildə tikilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan İmişli rayonunun Gövhərli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 109,0 kv/m, yardımçı sahəsi 32,3 kv/m, ümumi sahəsi 141,8 kv/m olan fərdi yaşayış evində (reyestr nömrəsi: **********91-10301) cavabdehlər, İddiaçı1 və İddiaçı2 yaşayış sahəsindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi ət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-433/2020 saylı qətnaməsinin surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılaraq, apelyasiya şikayətinin təmin edilməməsi və İmişli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)3688/2020 saylı qərarının surətindən görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-433/2020 saylı qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılaraq, kassasiya şikayətinin təmin edilməməsi və Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-433/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia ərizəsindən və iddiaçıların məhkəmədə verdikləri izahatlarından da göründüyü kimi iddiaçılar İmişli rayonunun Gövhərli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Seriya MA ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X4 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı etibarsız hesab etmələrini həmin evdən onlara düşən payın verilməməsi ilə əsaslandırır və onlar həmin evdən hər birinə 1/3 hissə olmaqla pay tələb edirlər. Lakin iş materiallarından göründüyü kimi İmişli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(036)- 1916/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququna 4000 (dörd min) manat məbləğində kompensasiya verilməklə xitam verilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçılar iddia tələbinin əsası kimi Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evindən onlara düşən payın müəyyən edilmədiyini göstərsələr də, bu hal İmişli Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(036)-1916/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, işin faktiki halları iddia tələbinin rədd olunması üçün əsasdır, ona görə də iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar