Məhkəmə qərarları › İş №2(036)-2380/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2380/2021

15.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2380/2021 15.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Xəlfəli kənd icra nümayəndəliyi tərəfindən 09 fevral 1958-ci il tarixdə tərtib edilmiş, 06 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində mərhum atası X1 “Xəlilov”-dan “Mikayılov”-a, adının “Əyub”-dan “Əyyub”-a düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, atası X6 06 fevral 1958-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində soyadı “Xəlilov”, adı “Əyub” kimi yazılmış, lakin digər bütün sənədlərində soyadı “Mikayılov”, adı “Əyyub” kimi qeyd edilmişdir. Qeyd olunan akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəliş edilməsindən imtina etmişdir. Hazırda vərəsəliklə bağlı notariusa müraciət etmiş, lakin atasının doğum haqqında şəhadətnaməsində soyadı və adı digər sənədlərdəki soyadı və adı ilə uyğun gəlmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, X8 06 fevral 1958-ci il tarixdə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş rəydən görünür ki, İmişli rayon Xəlfəli kənd icra nümayəndəliyi tərəfindən 09 fevral 1958-ci il tarixdə tərtib edilmiş, 06 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsindən imtina edilmişdir. Göründüyü kimi, İmişli rayon Xəlfəli kənd icra nümayəndəliyi tərəfindən 09 fevral 1958-ci il tarixdə tərtib edilmiş, 06 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində X4 adı, soyadı və ata adı X5 göstərilsə də, iş materiallarında ona aid olan bütün sənədlərdə, o cümlədən “Torpağa mülkiyyət hüququna dair” JN-0025 saylı, 90716018 kodlu dövlət aktında, nikah haqqında şəhadətnamədə, çıxarışda, orta təhsil haqqında attestatda, nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsində, veteranlıq vəsiqəsində, xidməti vəsiqəsində, ölüm haqqında şəhadətnaməsində, pensiya vəsiqəsində, əmək kitabçasında və digər sənədlərində adı, soyadı və ata adı X3 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, İmişli rayon Xəlfəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 09 fevral 1958-ci il tarixli, 06 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması faktı müəyyən edilməli və həmin akt qeydinə düzəliş edilərək X2 “Mikayılov”, adı “Əyyub” kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İmişli rayon Xəlfəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 09 fevral 1958-ci il tarixli, 06 nömrəli doğum haqqında akt qeydinin düzgün olmaması faktı müəyyən edilsin. Həmin akt qeydinə düzəliş edilərək X2 “Mikayılov”, adı “Əyyub” kimi qeyd olunsun, digər göstəricilər dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar