Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2573/2020 23.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktında qeydin düzgün olmamasının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayonunun Qulubəyli kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.2004-cü il tarixli 04 nömrəli doğum haqqında akt qeydində oğlu X1 doğum akt qeydində Astanlı yazılmasının düzgün olmaması faktının müəyyən edilməsi və onun doğum akt qeydində soyadının Əmrahlı kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Əmrahlı Nihat onun oğludur. xx.xx.2004-cü il tarixdə alınan şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində, məktəb qeydiyyatı və hərbi qeydiyyat sənədlərində onun soyadı Əmrahlı kimi yazılıb. Yeni şəxsiyyət vəsiqəsi almaq istədikdə məlum olub ki, onun doğum akt qeydində soyadı Astanlı yazılıb. Həmin yalnışlıqların aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbə akt qeydinə düzəliş edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında xx xxxxxx 1997-ci il tarixli 12 saylı nikah qeydi var. İş materiallarında olan AZ-İ 416742 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2004-cü il tarixdə İmişli rayonunun Qulubəyli kəndində doğulmuş, atası Ərizəçi, anası X5r. İş materiallarında olan AZE 12318498 saylı şəxsiyyat vəsiqəsinin surətindən görünür ki, X12 xx xxxx 2004-cü il tarixdə İmişli rayonunun Qulubəyli kəndində doğulmuş və həmin kənddədə qeydiyyatdadır. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan ilkin hərbi qeydiyyata alınma haqqında İQ 270231 saylı vəsiqənin surətindən görünür ki, ərizəçinin xx xxxx 2004-cü il təvəllüdlü oğlunun soyadı X6 qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qulubəyli kənd X14 üzrə Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 137 saylı arayışdan görünür ki, X4 rayon Qulubəyli kəndində yaşayır. Onun soyadı və adı Qulubəyli kənd nümayəndəliyinin 01 saylı şəxsi hesab nömrəsi 12 olan təsərrüfat kitabında X6 qeydə alınıb. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında rəydən görünür ki, Maraqlı şəxsX9 doğumu haqqında akt qeydində uşağın soyadının “Astanlı”-dan “Əmrahlı”-ya düzəliş edilməsindən imtina etmişdir. İş materiallarında olan Maraqlı şəxstərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi ilə X2 birgə nikahlarından xx xxxx 2004-cü il tarixdə doğulmuş Nihadın soyadı Astanlı kimi qeyd edilmişdir. İş materiallarında olan ümumi orta təhsil haqqında CN 272976 saylı attestatın surətindən görünür ki, Ərizəçi ilə X2 birgə nikahlarından xx xxxx 2004-cü il tarixdə doğulmuş Nihadın soyadı Əmrahlı kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli rayon Qulubəyli kənd İ.Əliyev adına tam orta məktəbin verdiyi xx.xx.2020-ci tarixli arayışdan görünür ki, Ərizəçi ilə X2 birgə nikahlarından xx xxxx 2004-cü il tarixdə doğulmuş Nihad hal-hazırda İmişli rayon İ.Əliyev adına Qulubəyli kənd tam orta məktəbinin doqquzuncu sinifinə oxuyur və adı, soyadı və ata adı X6 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən hər bir vətəndaş müdafiə üçün məhkəməyə müraciət etmək hüququ vardır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilmişdir, Ərizəçi ilə X3 birgə nikahlarından xx xxxx 2004-cü il tarixdə doğulmuş Nihadın soyadı doğum akt qeydində Astanlı qeyd olunsada, doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsində, ümumi orta təhsil haqqında attestatında və digər hüquqmüəyyənedici sənədlərində soyadı Əmrahlı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2004-cü il tarixli 04 nömrəli akt qeydi ilə qeydə alınmış X1 doğum akt qeydində Astanlı yazılmasının düzgün olmaması faktı müəyyən edilməli, həmin doğum akt qeydinə düzəliş edilərək Əmrahlı soyadı qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X8 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2004-cü il tarixli 04 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında akt qeydində soyadı “Astanlı”-dan “Əmrahlı”-ya düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2573/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2573/2020
23.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver