Məhkəmə qərarları › İş №2(036)-2594/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2594/2023

19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2594/2023 19.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı4 X5 üzvləri- İddiaçı1 Əbdi oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5, onların nümayəndəsi və vəkili Vəkil1 Bunyat oğlu, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı4 X5 Cavabdeh qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı4 X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı4 X7 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh girişinə qadağa qoyulması və çobanlara mane olmaması, heyvanları əkin və pambıq sahələrinə buraxmaması, kooperativin iş ahənginin pozmaması, dövriyyədə olan (iri və xırda, pambıq, taxıl sahələrinin) mal-qaranın talanması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İskra” Kooperativi 05 dekabr 1988-ci ildə Ağdarə rayonu ərazisində yaradılmışdır. Həmin kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Ağdərə rayonu işğalda olduğu üçün, qoyunçuluğun inkişafı ilə əlaqədar 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 1998-ciil tarixli 49 saylı qərar ilə ayrılaraq həmin kooperativin istifadəsinə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 0391, KOD-90700001 saylı şəhadtənamə verilmişdir. “İskra” Kooperativinin rəhbərliyi İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, Kooperativə Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 49 saylı sərəncamı ilə İmişli rayonu ərazisində yerləşən əvvəllər Ağdam rayonuna təhkim edilmiş, 16 h, 21 h, 22 h, 23 h saylı dövlət qış otlaq fondundan verilmiş 540,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cıil tarixli, 60 saylı qərarına əsasən İmişli Rayon İcra Hakimiyyətinin sərəncamına qaytarıldığı üçün, həmin qış otlaq sahəsinin yenidən kooperativin adına sənədləşdirilməsini xahiş etmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli sərəncamına əsasən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha torpaq sahəsi kooperativin icarəsinə verilmişdir. Hazırda icarə müqaviləsi qüvvədədir. xx.xx.2011 -ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə İddiaçı4 kimi dövlət qeydiyyatına ahmmışdr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini tərəfindən “İskra” koopertivinin sədri İddiaçı1 ünvanlanmış 06 avqsut 1996-cı il tarixli məktubda qeyd edilmişdir ki, hüquqi şəxslərin qeydiyyatı haqqında “Azərbaycan Respublikasının 6 fevral 1996-cıil qanununun 2-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək bu orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Buna əsasən “İskra” kooperativi 5 dekabr 1988-ci il tarixli 4- 286 saylı qərarla Ağdərə (Mardakert) Rayon İcra Hakimiyyətində qanunvericiklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün öz statusunu itirmir və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur. Kooperativin 31 iyul 2023-cü il tarixli qərarına əsasən İddiaçı2 kooperativə üzv və sədr seçilmişdir. Kooperativin üzvlərindən X19 və X15 vəfat etmişdir. Mərhum X4 Gülnarə Mustafa qızı ilə qeyri-rəsmi yaşamışlar. Hazırda Cavabdeh həmin ərazidə yerləşən mal-qaranı oğurlayaraq satır, çobanların iş fəaliyyətini pozaraq onlara qeyri-qanuni təsir göstərir. Cavabdeh kooperativin inkişaf etdirilməsinə maneçilik törədir, kooperativə məxsus mal-qaranı talamaqla məşğuldur. Bu faktla bağlı İmişli Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, iş təhqiqatdan istintaqa keçmiş, müvafiq prosessual qərarlar qəbul olunmuşdur. Lakin, istintaq zərurəti ilə əlaqədar hələ ki, yekun nəticə yoxdur. Cavabdeh X12nun mülkiyyətində olan (başqa ərazidə) İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi yaşayış evində yaşayır, Dəfələrlə Cavabdeh qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı müraciət edilmiş, lakin bir nəticəsi olmamışdır. Bundan başqa, həmin ərazidə pambıq məhsulu əkilmişdir. Cavabdeh iri və xırda buynzlu mal-qaranı iddiaçıdan xəbərsiz pambıq sahəsinə buraxmaqla, nəinki Kooperativə, həmçinin dövlətin pambıqçılıq sahəsində yürütdüyü siyasətə də maddi ziyan vurur. Cavabdeh qeyri-qanuni hərkətlər etməsi ilə bağlı faktı şahidlər də təsdiq edə bilərlər. Həmin şahidlər tərəfimizidən məhkəmə iclaslarında dəvət olunacaqdır. Beləliklə, Cavabdeh qanunsuz hərəkətlər etməklə bizim mülkiyyət hüquqlarımızı kobud şəkildə pozur. Əlavə olaraq qeyd edirik ki, Bulud adlı şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 182.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə Cavabdeh zərərçəkmiş olmuşdur. Bu iş üzrə İmişli Rayon Məhkəməsində hökm də qəbul olunmuşdur. X12 vəfat etməmişdən əvvəl atası İddiaçı1 Əli oğluna bildirmişdir ki, Cavabdeh başqa şəxslərlə görüşmüş, onunla heç bir bağlılığı yoxdur. Həmçinin, Cavabdeh malları oğurlayaraq satması barədə səs yazısıda vardır. İş materiallarına əlavə ediləcək. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh həmin torpaq sahəsinə girişinə qadğa qoyulması ilə bağlı, müvəqqəti təminat tədbiri barədə İmişli Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişik. İmişli Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən müvəqqəti təminat tədbiri barədə ərizəmiz təmin edilərək, İddiaçı4 X7 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh girişinə qadağa qoyulmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06 avqsut 1996-cı il tarixli məktubu ilə müəyyən olur ki, hüquqi şəxslərin qeydiyyatı haqqında “Azərbaycan Respublikasının 6 fevral 1996-cı il qanununun 2-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək bu orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Buna əsasən “İskra” kooperativi 5 dekabr 1988-ci il tarixli 4-286 saylı qərarla Ağdərə (Mardakert) Rayon İcra Hakimiyyətində qanunvericiklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün öz statusunu itirmir və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur.

4. Ağdam Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 1998-ciil tarixli 49 saylı sərancamı ilə qoyunçuluğun inkişafı ilə əlaqədar 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha torpaq sahəsi ayrılaraq “İskra” Koorperativinin istifadəsinə verilmişdir.

5. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 0391, KOD-90700001 saylı şəhadtənamə ilə müəyyən olur ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 49 saylı sərəncamı və xx.xx.1998-ci il tarixli icarə müqaviləsi ilə İmişli rayonu ərazisində yerləşən 16 h, 21 h, 22 h, 23 h saylı dövlət qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 580,0 ha torpaq sahəsi 15 il müddətinə müvəqəti istifadə üçün “İskra” kooperativinə verilmişdir.

6. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamə ilə müəyyən olur ki, İddiaçı4 X11 xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

7. İmişli Rayon İcra Hakimiyyəti başçısı və “İskra” kooperativinin sədri arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli, 59 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən qoyunçuluğu inkişaf etdirmək üçün ümumilikdə 542,0 ha torpaq sahəsi kooperativin icarəsinə verilmişdir. Hazırda icarə müqaviləsi qüvvədədir.

8. İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli sərəncamına əsasən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə yenidən kooperativin icarəsinə verilmişdir.

9. AZ-İİ 218466 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən olur ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

10. AZ-İİ 359195 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən olur ki, X19 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

11. İddiaçı4 X5 üzvlərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı2 koorperativin qanuni təmsilçilik funksiyasına malik sədri vəzifəsinə seçilmişdir. Koorperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı1 Əbdi oğlu- 20 manat, 1 pay haqqı, X19- 20 manat, 1 pay haqqı, X15- 20 manat, 1 pay haqqı, İddiaçı2- 20 manat, 1 pay haqqı, İddiaçı3- 20 manat, 1 pay haqqı, İddiaçı5- 20 manat, 1 pay haqqı.

12. xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı4 X5 nizamnaməsinə edilmiş dəyişiklik xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Dəyişikliyə əsasən İddiaçı4 X5 nizamnaməsinin 2.1-ci maddəsi aşağıdakı kimi yeni redaksiyada təsdiq edilmiş və koorperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı1 Əbdi oğlu- 20 manat, 1 pay haqqı, X19- 20 manat, 1 pay haqqı, X15- 20 manat, 1 pay haqqı, İddiaçı2- 20 manat, 1 pay haqqı, İddiaçı3- 20 manat, 1 pay haqqı, İddiaçı5- 20 manat, 1 pay haqqı.

13. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********973700 nömrəli dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2011-ci il tarixli VÖEN ********** nömrə ilə qeydiyyata alınmış İddiaçı4 X1i təmsilçisi İddiaçı2 qeyd edilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş ******* saylı çıxarışa əsasən, İmişli rayonu, Göbəktala kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində 170,0 kvm sahəsi olan yaşayış evi X18 mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində **********35- 10301 nömrə ilə qeydiyyata alınmışdır.

15. Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 1164-05/69 nömrəli arayışı ilə müəyyən olur ki, Ağdərə rayon Sırxavənd KİN-də tərtib edilmiş xx.xx.1979-cü il tarixdə İİ- JQ 312803 nömrəli şəhadətnaməyə əsasən X19 və X10 arasındakı nikah bərpa edilərək, Bərdə rayon qeydiyyat şöbəsində nikah haqqında xx.xx.2023-cü il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuşdur.

16. İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin xx.xx.2022-ci il tarixli “cinatət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, qaynı Vidadi, qaynatası Umud və Babək adlı şəxslərin onu yaşadığı evdə təhqir etməsini, rahat yaşamağa qoymadıqlarını bildirmişdir. Eyni zamanda, Cavabdeh xx.xx.2023-cü il tarixdə AR DİN-in 102 xidməti zəng mərkəzinə və həmin gün İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, qayınatası Umudun onu fermada ağacla döyməsini bildirmişdir. Bundan əlavə, İddiaçı1 xx.xx.2023-cü il tarixdə ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh ona məxsus olan “İskra” X2suz olaraq sahibləndiyini, orada olan heyvanları öz mülkiyyətinə aldığını ifadə edən məzmunda ərizə təqdim etmişdir.

17. Toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmiş və tərəflərə pay hüquqlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, Cavabdeh qayınatası İddiaçı1 tərəfindən döyülməsi sübuta yetirilmədiyindən cinayət təqibinin başlanması rədd olunmuşdur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

18. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı4 X5 üzvləri- İddiaçı1 Əbdi oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5, onların nümayəndəsi və vəkili Vəkil1 Bunyat oğlu iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər.

20. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 Rəbbil oğlu iddianı qəbul etməyərək göstərdilər ki, cavabdeh kooperativin təsisçisi X19 ilə birlikdə qeyri-rəsmi nikahda olub və bu nikahdan 3 övladları doğulmuşdur. Cavabdeh 22 il həmin kooperativdə işləmiş, qızı Ağayeva Nərgiz və azyaşlı oğlu Ağayev Ümid təsərrüfatın işinə yaxından köməklik etmiş və uzun müddət fermada işçilər üçün nəzərdə tutulmuş evdə yaşamışlar. Cavabdeh X12 ilə birlikdə təsərrüfatı idarə etmiş və iddiaçılar kooperativ üzərində rəsmən payçı olsa da faktiki olaraq kooperativin idarə olunmasında heç bir rol oynamamışlar. X19 xx.xx.2023-cü ildə öldükdən sonra iddiaçılar təsərrüfatı ələ keçirmək, cavabdehi oradan kənarlaşdırmaq məqsədi ilə müxtəlif qanuni və qeyri qanuni vasitələrdən istifadə etmişlər. Cavabdehin məqsədi qeyri-rəsmi nikahda olduğu müddətdə əri X19 birlikdə təsərrüfatı inkişaf etdirmək, gəlirləri artırmaq və kooperativin fəaliyyətini daha da genişləndirmək olmuşdur. Cavabdeh heç bir vaxt kooperativdən oğurluq etməmiş və bu onun ünvanına qarşı böhtan xarakterli şikayətdir. Ona görə də, iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

28. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

29. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

30. Maddə 84.2. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

31. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

38. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

39. Belə ki, iş materialları ilə müəyyən olur ki, İskra” Kooperativi 05 dekabr 1988-ci ildə Ağdarə rayonu ərazisində yaradılmışdır. Kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Ağdərə rayonu işğalda olduğu üçün, qoyunçuluğun inkişafı ilə əlaqədar 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha torpaq sahəsi Ağdam Rayon icra Hakimiyyəti Başçısının 22 aprel 1998-ciil tarixli 49 saylı sərancamı ilə ayrılaraq həmin kooperativin istifadəsinə verilmişdir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 0391, KOD-90700001 saylı şəhadtənamə ilə müəyyən olur ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998ci il tarixli, 49 saylı sərəncamı və xx.xx.1998-ci il tarixli icarə müqaviləsi ilə İmişli rayonu ərazisində yerləşən 16 h, 21 h, 22 h, 23 h saylı dövlət qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 580,0 ha torpaq sahəsi 15 il müddətinə müvəqəti istifadə üçün “İskra” kooperativinə verilmişdir. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamə ilə müəyyən olur ki, İddiaçı4 X11 xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İmişli Rayon İcra Hakimiyyəti başçısı və “İskra” kooperativinin sədri arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli, 59 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən qoyunçuluğu inkişaf etdirmək üçün ümumilikdə 542,0 ha torpaq sahəsi kooperativin icarəsinə verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli sərəncamına əsasən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə yenidən kooperativin icarəsinə verilmişdir. X15 xx.xx.2021-ci il və X19 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı4 X5 üzvlərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı2 koorperativin qanuni təmsilçilik funksiyasına malik sədri vəzifəsinə seçilmiş və koorperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı1 Əbdi oğlu- 20 manat, 1 pay haqqı, X19- 20 manat, 1 pay haqqı, X15- 20 manat, 1 pay haqqı, İddiaçı2- 20 manat, 1 pay haqqı, İddiaçı3- 20 manat, 1 pay haqqı, İddiaçı5- 20 manat, 1 pay haqqı. xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı4 X5 nizamnaməsinə edilmiş dəyişiklik xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********973700 nömrəli dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2011-ci il tarixli VÖEN ********** nömrə ilə qeydiyyata alınmış İddiaçı4 X1i təmsilçisi İddiaçı2 qeyd edilmişdir. Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 1164-05/69 nömrəli arayışı ilə müəyyən olur ki, Ağdərə rayon Sırxavənd KİN-də tərtib edilmiş xx.xx.1979-cü il tarixdə İİ-JQ 312803 nömrəli şəhadətnaməyə əsasən X19 və X10 arasındakı nikah bərpa edilərək, Bərdə rayon qeydiyyat şöbəsində nikah haqqında xx.xx.2023-cü il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. X12 ilə Cavabdeh arasında rəsmi nikah qeydiyyatı olmamışdır. İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin xx.xx.2022-ci il tarixli “cinatət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, qaynı Vidadi, qaynatası Umud və Babək adlı şəxslərin onu yaşadığı evdə təhqir etməsini, rahat yaşamağa qoymadıqlarını bildirmişdir. Eyni zamanda, Cavabdeh xx.xx.2023-cü il tarixdə AR DİN-in 102 xidməti zəng mərkəzinə və həmin gün İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, qayınatası Umudun onu fermada ağacla döyməsini bildirmişdir. Bundan əlavə, İddiaçı1 xx.xx.2023-cü il tarixdə ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh ona məxsus olan “İskra” X2suz olaraq sahibləndiyini, orada olan heyvanları öz mülkiyyətinə aldığını ifadə edən məzmunda ərizə təqdim etmişdir. Həmin qərardan görünür ki, cavabdeh Hüseynova X3 məxsus mal-qaranı koorperativin digər üzvlərinin məlumatı olmadan gizli yolla satır, çobanların iş fəaliyyətini pozaraq onlara qeyri-qanuni təsir göstərir, kooperativin inkişaf etdirilməsinə maneçilik törədir, iri və xırda buynzlu mal-qaranı iddiaçıdan xəbərsiz əkin və pambıq sahəsinə buraxaraq maddi ziyan vurmaqla, koorperativin iş ahəngini pozur. Toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmiş və tərəflərə pay hüquqlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, Cavabdeh qayınatası İddiaçı1 tərəfindən döyülməsi sübuta yetirilmədiyindən cinayət təqibinin başlanması rədd olunmuşdur.

40. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən İmişli rayonu, Göbəktala kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində 170,0 kvm sahəsi olan yaşayış evi X18 mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində **********35-10301 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda həmin yaşayış evi Cavabdeh sahibliyində və istifadəsində olmaqla, sonuncu uşaqları ilə həmin ünvanda yaşayır və iddiaçı tərəfin qeyd olunan yaşayış sahəsi ilə bağlı heç bir tələbləri mövcud deyildir.

41. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsi ilə müəyyən olur ki, o, İddiaçı4 X6 çoban işləyir. X18 vəfatından sonra cavabdeh Hüseynova X3 məxsus fermadan ayrı-ayrı vaxtlarda onlarla xırda buynuzlu və iri buynuzlu heyvanları Koorperativin sədrinə və üzvlərinə məlumat vermədən gizli yolla satmış, çobanların iş fəaliyyətini pozaraq onlara qeyri-qanuni təsir göstərir və maddi ziyan vurmaqla, koorperativin iş ahəngini pozur.

42. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olur ki, Cavabdeh heç bir hüquqa malik olmadan koorperativin sədri və koorperativin digər üzvlərindən xəbərsiz, gizli yolla koorperativə məxsus mal-qaranı satır, çobanların iş fəaliyyətini pozaraq onlara qeyri-qanuni təsir göstərir, kooperativin inkişaf etdirilməsinə maneçilik törədir, iri və xırda buynzlu mal-qaranı pambıq sahəsinə buraxaraq maddi ziyan vurmaqla, koorperativin iş ahəngini pozur.

43. Cavabdeh İddiaçı4 X9 üzvü deyildir və onun həmin kooperativə hər hansı bir aidiyyəti yoxdur.

44. Cavabdeh tərəf iddia tələbinə qarşı etirazının əsasını təşkil edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmiçdir. Ona görə də, cavabdehin izahatında göstərdiyi dəlillərə tənqidi yanaşılmalıdır.

45. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

46. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”

47. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

49. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

50. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilərək Cavabdeh İddiaçı4 X7 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girişinə qadağa qoyulmalı və çobanlara mane olması, heyvanları əkin və pambıq sahələrinə buraxması, kooperativin iş ahənginin pozması, dövriyyədə olan (iri və xırda, pambıq, taxıl sahələrinin) mal-qaranın talaması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı4 X5 Cavabdeh qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı4 X7 istifadəsində olan İmişli rayonu ərazisində yerləşən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan (ayrılmış) 140,0 ha olmaqla, ümumilikdə 542,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girişinə qadağa qoyulsun və çobanlara mane olması, heyvanları əkin və pambıq sahələrinə buraxması, kooperativin iş ahənginin pozması, dövriyyədə olan (iri və xırda, pambıq, taxıl sahələrinin) mal-qaranın talaması ilə bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar