Məhkəmə qərarları › İş №2(036)-2654/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2654/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2654/2023 14.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun İddiaçı cavabdeh "xxxx" ASC ARAN RETSİ-ə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC ARAN RETSİ-ə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib 2023-cü ilin avqust ayında elektrik enerjisinin düzgün verilməməsi səbəbindən evində istifadə olunan məişət əşyalarının sıradan çıxdığını göstərərək "xxxx" ASC ARAN RETSİ-dən 1950,0 manat maddi zərər və 3000,0 manat mənəvi zərər məbləği tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2015-ci il tarixli 190 nömrəli qərarının 1.1-ci bəndinə əsasən "xxxx" ASC "xxxx" ASC haqqında AR Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 nömrəli sərəncamına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək yaradılmışdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir. Həmin Qərarın 1.6-cı bəndinə görə cəmiyyətin hüquqi ünvanı ünvan 1arın struktur bölməsinin 2.5ci bəndinə əsasən "xxxx" ASC «ARAN» RETSİ (İmişli ) "xxxx" ASC –nin tabeliyində olmayan hüquqi şəxs statusuna malik olmayan təşkilatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, süxuxi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyasının həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. AR MPM-nin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia, hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC «ARAN» RETSİ-nin İddiaçı iddiasına cavab verməli olan hüquqi şəxs olmaması səbəbindən iddia ərizəsi İmişli rayon məhkəməsinin icraatına qəbul edilməyərək geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC ARAN RETSİ-ə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar