Məhkəmə qərarları › İş №2(036)-27/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-27/2024

06.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-27/2024 06.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli, 03 saylı qərarı ilə 7 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 2.27 ha torpaq sahəsindən və İmişli rayonu Qaradonlu kəndi ərazisində ümumibirgə mülkiyyətlərində olmuş 0.70 ha torpaq sahəsindən uşaqlarına və ona düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi qaydada nikaha daxil olmaqla evlənmiş və birgə nikahlarından üç nəfər uşaqları doğulmuşdur. Sonradan münasibətləri pozulduğundan aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə İmişli rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 03 saylı qərarı ilə 7 nəfər ailə üzvünə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,77 hektar torpaq sahəsi pay olaraq verilmişdir. Bununla bağlı onlara JN- 0006 seriyalı, 90706018 kodu olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan əlavə İmişli rayonunun Qaradonlu kəndində onların ümumibirgə mülkiyyətində 0,70 hektar həyətyanı torpaq sahələri olmuşdur. Nikahları pozulduqdan sonra övladları ilə birlikdə ailələrinə verilmiş 2,77 hektar pay torpaq sahəsinin 1,37 hektar hissəsi istifadə etmək üçün razılaşma əsasında ona verilmişdir. Həmin vaxtlar uşaqları yanında azyaşlı olmaqla onunla birgə yaşamışlar. Ona verilmiş 1,37 hektar torpaq sahəsini əkib-becərməklə uşaqlarını dolandırıb böyütmüşdür. Torpaqdan istifadə etmə ilə bağlı həmin vaxtdan ona fermer kartı verilmişdir. Həmin torpaq sahəsində yonca bitkisi əkmiş və subsidiyanın verilməsi ilə bağlı İmişli rayon X2 Mərkəzinə müraciət edərkən ona bildirmişlər ki, həmin torpaq sahəsi onun istifadəsində deyil, Cavabdeh adınadır. Halbuki o, həmin pay torpaq sahəsində 3 il əvvəl yonca əkdirmişdir. Hesab edir ki, ona və uşaqlarına 0,70 hektar həyətyanı torpaq sahəsindən düşən payları da müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət qanuni və əsaslı olduğuna görə təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı tərəfindən iddia tələbi üzrə xx.xx.2022-ci il tarixli, 21980 nömrəli qəbz əsasında “Kapitalbank” vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmamış saxlanıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia tələbi üzrə xx.xx.2022-ci il tarixli, 21980 nömrəli qəbz əsasında “Kapitalbank” vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar