Məhkəmə qərarları › İş №2(036)-3281/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3281/2025

27.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3281/2025 27.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu İddiaçılar Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlunun, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlunun, Şı̇ rı̇ nov Sənubər Dı̇ lavər qızının cavabdeh Şı̇ rı̇ nov Təbəssüm Dı̇ lavər qızına qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Sənubər Dı̇ lavər qızının cavabdeh Şı̇ rı̇ nov Təbəssüm Dı̇ lavər qızına qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi bigə mülkiyyətində olan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 2.2577 ha torpaq sahəsindən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsini və ona əlavə edilmiş matrialların geri qaytarılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəf iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.9, 152.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Əliyev Şı̇ rı̇ nov Aqı̇ l Dı̇ lavər oğlu, Şı̇ rı̇ n Dəyanət Dı̇ lavər oğlu, Şı̇ rı̇ nov Sənubər Dı̇ lavər qızının cavabdeh Şı̇ rı̇ nov Təbəssüm Dı̇ lavər qızına qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar