Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-332/2025 13.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 Zülfəli oğlunun Cavabdeh oğuna qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payın naturada müəyyən edilib ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 Zülfəli oğlunun Cavabdeh oğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X8, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı4 Zülfəli oğluna və İddiaçı3 birgə mülkiyyətlərinə İmişli rayonunun Əliyetməzli kəndində daşınmaz əmlakın dövlət reyestrində **********62, **********63 və **********64 reyestr nömrəli çıxarışlarla rəsmiləşdirilmiş 1,9984 ha, 1,3989 ha və 5,2757 ha çöl pay torpaq sahələrindən payların naturada müəyyən edilib ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı ailə üzvlərinə - X7, X9, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı4 Zülfəli oğluna və İddiaçı3 İmişli rayonunun Əliyetməzli kəndində torpağa mülkiyyət hüququ ilə 1,9984 ha, 1.3989 ha və 5.2757 ha çöl pay torpaq sahələri verilmişdir. Həmin birgə torpaq sahəsi **********62, **********63 və **********64 reyestr nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. Birgə mülkiyyətçilərdən X10 xx.xx.2005-ci ildə və X11 xx.xx.2005-ci ildə vəfat etmişlər. Torpaq sahəsindən birgə istifadə etsələr də, sonradan Cavabdeh torpaq sahəsindən istifadə etmələrinə, torpaq payının və vərəsəlik payının ayrılmasına mane olur. “Torpaq islahatı haqqında” Qanunun tələblərinə əsasən hər biri qanuni sənədlə ailələrinə verilmiş birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisidirlər və islahat zamanı adambaşına torpaq payı nəzərdə tutulmuşdur. Ona görə də, birgə mülkiyyətdə olan ümumi torpaq sahəsindəki paylarına, yəni torpaq sahəsinin 1/7 hissəsinə mülkiyyət hüquqları vardır. Bundan əlavə, mərhum X10 iddiaçılardan İddiaçı1 əri, mərhum X11 isə İddiaçı1 anasıdır. Vərəsəlik hüququna görə X3 torpaq payı qızı İddiaçı1, X4 torpaq payı isə arvadı İddiaçı1, uşaqları Cavabdeh, İddiaçı2, İddiaçı4 Zülfəli oğluna və Nümayəndə vərəsə kimi çatmalıdır. Cavabdeh notariat ofisinə getməkdən imtina etdiyinə görə miras payının bölünməsi də mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Digər iddiaçılara və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/69-522 nömrəli arayışdan görünür ki, X10 və İddiaçı1 nikahı haqqında xx.xx.1961-ci ildə 05 nömrəli akt qeydi tərtib edilmişdir. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/70- 236/2024 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2005-ci ildə İmişli rayonu, Əliyetməzli kəndində ölmüşdür. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/69-521 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2005-ci ildə İmişli rayonu, Əliyetməzli kəndində ölmüşdür. İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 662 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 qalan bütün növ miras əmlakı barədə vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanına DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İmişli rayonu Əliyetməzli kəndində yerləşən 1.9984 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışa əsasən torpaq sahəsi Cavabdeh, X4, İddiaçı1, İddiaçı2, İddiaçı4 Zülfəli oğlunun, X5, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanına DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İmişli rayonu Əliyetməzli kəndində yerləşən 1.3989 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışa əsasən torpaq sahəsi Cavabdeh, X4, İddiaçı1, İddiaçı2, İddiaçı4 Zülfəli oğlunun, X5, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanına DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İmişli rayonu Əliyetməzli kəndində yerləşən 5.2757 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Çıxarışa əsasən torpaq sahəsi Cavabdeh, X4, İddiaçı1, İddiaçı2, İddiaçı4 Zülfəli oğlunun, X5, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, torpaq sahələri Cavabdeh, X4, İddiaçı1, İddiaçı2, İddiaçı4 Zülfəli oğlunun, X5, İddiaçı3 ümumi birgə mülkiyyətində olsa da, onların payları müəyyən edilməmişdir. Mülki Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşyadan pay ayrılarkən mülkiyyətçilərin paylarının, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılması nəzərdə tutulsa da, işdən görünür ki, ümumi birgə mülkiyyətçilərdən X10 və X12 ölmüşdür. Birgə mülkiyyətçilərin vəfat etməsi faktı onların vərəsələrinin paylarının artmasına səbəb olur və belə olan halda, ümumi birgə mülkiyyətçilərin payları bərabər olmur. İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan da müəyyən olunur ki, X2 qalan miras əmlak barədə vərəsələr arasında mübahisə var. Belə olan halda, iddiaçılar payları müəyyən edildikdən sonra onun naturada ayrılmasını tələb edə bilərlər. Mülki Məcəllənin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsi üzərində payları müəyyən olunmadığından və birgə mülkiyyətdə olan əmlakla bağlı vərəsələr arasında mübahisə olduğundan iddia təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-332/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-332/2025
13.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver